25 ildən sonra yenidən ABŞ paytaxtında...
10.07.2024 [10:22]
NATO-nun Vaşinqton Zirvəsi start götürüb
Xəbər verildiyi kimi, dünəndən Vaşinqtonda Şimali Atlantika Alyansının - NATO-nun Zirvə görüşü başlayıb. Üç gün davam edəcək Vaşinqton sammiti həm də xüsusi bir əhəmiyyətə malikdir - bu dəfəki Zirvə görüşü həm də Alyansın 75-ci ildönümünə həsr olunur. Qərb mətbuatının yazdığına görə, Alyansın budəfəki Zirvəsinin ən əsas müzakirə mövzusu Ukrayna-Rusiya müharibəsidir. Xüsusilə, Kiyevin NATO üzvü olmaq perspektivi kimi gözləntisi var - Qərb siyasi analitiklərinin fikrincə isə, NATO rəhbərlərinin və müttəfiqlərin bu təklifi isti qarşılamasına rəğmən indiki halda bu addım inandırıcı görünmür. Səbəb isə daxili nizamnaməyə görə müharibə bitməmiş belə bir qərarın verilməsinin mümkünsüzlüyüdür. Bununla belə, sammitdə Ukraynaya dəstəklə bağlı fərqli təkliflərin səsləndirilməsi gözlənilir.
Yeni Baş katibin ilk tədbiri...
Budəfəki tədbir bir xüsusi özəlliyi ilə də seçilir - Alyansın Vaşinqton sammiti yeni Baş katib Mark Ruttenin blok rəhbərliyindəki ilk geniş tədbiri kimi tarixə düşür. Düzdür, Yens Stoltenberq Baş katib kimi bu ilin oktyabrın 1-nə kimi vəzifəsini icra etsə də, artıq 32 dövlətin təmsilçisinin yekdil rəyi ilə onun xələfi kimi Mark Rutten seçilib.
Qeyd edək ki, sammitdə Türkiyəni Prezident Rəcəb Tayyib Ərdoğan təmsil edir. Vaşinqton Zirvəsində Azərbaycan da təmsil olunur - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir. Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
İkitərəfli münasibətlərin inkişaf dinamikası
25 ildən sonra yenidən ABŞ paytaxtında baş tutacaq Sammitdən gözləntilər çoxdur - nizamnaməsində də qeyd edildiyi kimi, Alyans sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqıdır. Başqa sözlə, NATO Qərbin aparıcı hərbi birliyi kimi demək olar ki, ən geniş spektrə malikdir. Qurumla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan NATO ilə hərbi sahədə yaxın tərəfdaşlığa malikdir - ölkəmiz alyansın bir sıra sülhyaratma missiyasında uğurla təmsil olunub. 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulan, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilən Azərbaycan ilə NATO arasındakı münasibətlər praktiki tərəfdaşlığa söykənir. Ölkəmiz ilə qurum arasındakı hərbi əməkdaşlığa diqqət yetirdikdə görmək olur ki praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Son dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Qarşılıqlı əlaqələrdə praktik mahiyyət
Ölkəmiz ilə Alyans arasındakı qarşılıqlı əlaqələr həm də praktik mahiyyət daşıyır. Belə ki, Azərbaycan NATO-nun müxtəlif sülhyaratma missiyalarında uğurla təmsil olunub, fəallıq nümayiş etdirib. 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər, Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak ediblər. Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər. Bu mənada, Azərbaycan ilə NATO arasındakı münasibətlər qlobal təhlükəsizliyin təmini istiqamətində ölkəmizin ortaya qoyduğu mövqe də sayıla bilər. Ötən 30 il ərzində dövlətimiz hər zaman bu amili ön sıralarda tutub - Azərbaycan dünyanın hər yerində sülhün və əmin-amanlığın bərpası üçün öz gücünü səfərbər edib. Bu gün Cənubi Qafqazda təhlükəsizlik seqmentinin inkişafı üçün səy göstərən Azərbaycan yeni şəraitdə bunun mütləq şərtlərini formalaşdırıb. NATO-nun aparıcı üzvü olan Türkiyə ilə strateji əməkdaşlığın imzalanması ilə Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələrini daha yüksək bir səviyyəyə çatdırıb. Bu amil Azərbaycan ilə NATO arasında münasibətlərdə, qarşıdakı dövr üçün əməkdaşlıqda xüsusi çalarlar vəd edir. Azərbaycan özünün milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində əsaslı addımları ilə seçilir. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Yeni mərhələdə silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

