Sülh gündəliyi
12.07.2024 [10:20]
Növbəti təşəbbüs Vaşinqtondan gəldi...
Ötən ilin sonlarından etibarən Ermənistan ilə Azərbaycan arasında gedən sülh prosesində ikitərəfli təmaslara üstünlük verilməsi, müxtəlif mərhələlər üzrə real razılaşmaların əldə olunması münasibətlərin nizamlanmasına yaxından kömək edir. Bunun nəticəsidir ki, artıq tərəflər bir sıra məsələlərin qarşılıqlı şəkildə razılaşdırıldığını bildirir, sülhün qısa zamanda əldə olunma perspektivindən söhbət açırlar. Bir müddət öncə, iki ölkənin müvafiq delimitasiya komissiyaları işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib - bu mübadilə bütövlükdə, prosesin inkişafına öz müsbət təsirlərini göstərir. Eyni zamanda, may ayında Almatıda baş tutan XİN başçılarının ikitərəfli görüşü irəliyə doğru əsaslı addım sayılır.
Vaşinqton masası: Almatı görüşünün məntiqi davamı kimi
Bu mənada, ikitərəfli təmasların daha da inkişaf etdirilməsi, tərəflərin masa arxasında müzakirələr aparması, ümumilikdə, danışıqlara mühüm istiqamət qazandırır. Yeri gəlmişkən, NATO-nun 75-ci Zirvə sammiti çərçivəsində Vaşinqtonda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşüb. ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə baş tutan görüşlə bağlı məlumatda bildirilib ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Hər iki tərəf görüşə ev sahibliyinə görə Dövlət katibinə minnətdarlıq bildiriblər.
Vurğulayaq ki, Vaşinqtonda baş tutan bu təmas tərəflərin keçirdiyi Almatı görüşünün, eləcə də bu ilin aprelin 19-da bəzi ərazilərdə delimitasiyanın aparılması ilə bağlı əldə olunan razılığın məntiqi davamıdır. Heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul edilən qərarlar tərəflər üçün danışıqların intensivləşdirilməsinə zəmin formalaşdırıb - bu isə, öz növbəsində sülhə aparan yolun ən mühüm ştrixləri sayıla bilər. Müzakirə edilən predmetlərin müəyyənləşməsi təbii ki, qarşılıqlı razılaşmaların nəticəsi kimi oratya çıxmalıdırayr - bu real mənzərə Ermənistan üçün daha mühüm məsuliyyət müəyyənləşdirir. O baxımdan ki, Cənubi Qafqazın əsas oyunçusu olan Azərbaycan həm müharibədə qalib ölkədir, həm də bütün şərtləri hüquqi kodekslərə əsaslanır. Məsələn, uzun illərdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı əsassız torpaq iddiasının yer alması sülhün əldə olun masına böyük maneə sayılır - birinci növbədə, Ermənistan davamlı və dayanıqlı sülhə nail olmaq istəyirsə, bu əsassız iddialardan geri çəkilməlidir.
Tərəflər sülh razılaşmasını əldə etməyə yaxındır...
Cənubi Qafqazda sülhə nail olunması isə olduqca vacib şərtdir. İstər Şərq, istərsə də Qərb dünyası bu mühüm ticari keçiddə təhlükəsizliyin təminində maraqlıdır - qlobal dünyada baş verənlər və onun təhlili isə mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir. Başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar bu və ya digər şəkildə beynəlxalq aləmin diqqət mərkəzindədir. Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə baş tutan görüş bunun bariz mənzərəsidir. Göründüyü kimi, prosesin nəticəsi və buna ən tez zamanda nail olunması hamı üçün maraqlıdır - Azərbaycan ilə Ermənistan arasında əldə olunacaq razılaşma bütün tərəflər üçün müsbət imkanlar vəd edir. Şərq-Qərb ticari xəttinin digər tərəfi sayılan Qərb məkanının bu mənada baxışları xüsusi təhlil tələb edir. Bu fakt bütün konturları ilə açıqdır.
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdə bildirib ki, son bir il yarım ərzində Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər. A.Blinken hər iki nazirə səylərinə görə təşəkkür edib: “Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam. ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”.
Beynəlxalq maraq: Ermənistan Konstitusiyasındakı ərazi iddiaları sülhə maneədir
Proses tək ABŞ-nin deyil, bütövlükdə Qərbin maraq dairəsindədir. Azərbaycan-Ermənistan danışıqlarının əsas müzakirə predmetlərindən biri kimi NATO-nun Zirvə toplantısında iştirak edən dünyanın bir sıra ölkələrinin xarici siyasət idarələrinin başçılarının marağını cəlb edirsə, demək proses müəyyən bir yol qət edib. Məsələn, ABŞ-nin Dövlət katibi Antoni Blinken almaniyalı həmkarı Annalena Berbokla Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ətrafında fikir mübadiləsi aparıb. Bu barədə amerikalı diplomat sosial şəbəkədə yazıb. “Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşərək Ukraynaya dəstək, Qəzza zolağında atəşkəsin təmin edilməsi və Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsində irəliləyişi müzakirə etdik”, - ABŞ-nin baş diplomatı qeyd edib.
Eyni zamanda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun keçirdiyi görüşlərdə bu mövzu ön plana çəkilib. Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb. Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub. İki ölkə arasında qarşılıqlı səfərlərin, beynəlxalq tədbirlər zamanı təmasların əməkdaşlıq məsələlərinin müzakirəsinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, geniş mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hərbiləşmə siyasətinin sülh gündəliyinə təhdid törətdiyini diqqətə çatdırıb. Sülh sazişi üzrə danışıqlar barədə məlumat verən nazir Ceyhun Bayramov sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddialarının davamlı sülh üçün maneə olduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramovun NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə də bu mövzu əsas müzakirə predmetlərindən olub. Bildirilib ki, Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir. Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən C.Bayramov Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanması faktına diqqət çəkib. O, sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bürövlüyü və suverenliyinə qarşı iddiaların mövcudluğunu xatırladıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32

