Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Seçkilərdə iştirak etmək üçün 401 nəfər sənədlərini seçki komissiyalarına təqdim edib

Seçkilərdə iştirak etmək üçün 401 nəfər sənədlərini seçki komissiyalarına təqdim edib

15.07.2024 [10:30]

Passiv seçki hüququna malik 401 vətəndaş seçkilərdə namizəd qismində iştirak etmək iddiası ilə dairə seçki komissiyalarına sənədlərinin böyük qismini təqdim edib. Siyasi partiyalar seçkilərlə bağlı kifayət qədər fəallıq nümayiş etdirirlər. Belə ki, bu namizədlər arasında təqribən 168 şəxs 13 siyasi partiyanın təmsilçisidi. Bu say sürətlə artır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov söyləyib.

O bildirib ki, hələlik akkreditasiya üçün 150-yə yaxın yerli müşahidəçi müraciət edib və akkreditə olunub. Amma bu proses hələlik o qədər də intensiv xarakter daşımır. Çünki proseslər seçkiyə az qalmış intensivləşir.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30