Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbin terror “üzü”...

Qərbin terror “üzü”...

17.07.2024 [10:15]

Artıq “köhnə dünya” təhlükəsiz məkan sayılmır

ABŞ-da prezidentliyə namizəd Donald Trampa atılan güllə əslində Qərbin demokratik imicini, dəstəklədiyi və təbliğ etdiyi dəyərləri hədəfə aldı. Əslində,  bu sui-qəsd cəhdi həm də bir həqiqəti yenidən ortaya çıxardı - dünyanın əksər bölgələrində qlobal təhlükəsizliyə təhdid axtarışında olan Qərb ilk növbədə özünə diqqət yetirməlidir. Çünki son illərdə, hətta aylarda baş verənlər birmənalı qarşılana bilməz.

Sığortalanmayanlar...

Ümumiyyətlə, terror təhdidi bütün mənalarda və sferalarda qəbuledilməzdir - etiraf olunmalıdır ki, bir neçə il öncəyə qədər dünyada aparılan sorğuların əksəriyyətində ən təhlükəsiz bölgə kimi Avropa və ABŞ dəyərləndirilirdisə. Bunun ilkin şərti məhz təhlükəsizlik amili sayılırdı. İkinci, hətta üçüncü dərəcəli sayılan ölkələrdən Avropaya axının səbəbləri sadalanarkən də bu amil xüsusilə qabardılırdı - Avropa rahatlığı. Bu “rahatlığın” əsas səbəblərindən biri terror təhdididin olmaması və ya ən aşağı səviyyədə olması idi.

Günümüzün reallığında isə tamam fərqli faktlarla üzləşmək məcburiyyətində qalırıq. Artıq Qərb - Avropa v ABŞ heç də təhlükədən sığortalanan kimi görünmür. Çünki bu regionlarda nəinki adi sıravi insanların, hətta dövlət və hökumət rəhbərlərinin həyatı tez-tez təhlükəyə düşür.

Fitso, Kobaxidze, Tramp...

İllərlə təbliğ edilmiş “Qərb demokratiyası”nın bir çox hallarda yalnız sözdə məna kəsb etməsi bu qitələrdə yaşayanlar tərəfindən açıq şəkildə bəyan edilir. Demokratiyanın beşiyi sayılan Avropada Fransanın timsalında neokolonializm siyasəti artan xəttlə inkişaf etməkdədir. Aİ-nin ünvanına yüngül tənqid səsləndirən Slovakiyanın Slovakiyanın Baş naziri Robert Fitso gülləyə tuş gəlir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə ölümlə təhdid olunur. Və son olaraq... Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp kiçik məsafə ilə ona atılan mərmidən yayınır. Beləliklə bu misallar Qərbin xaotik siyasi səhnəsinin rəngini daha da tündləşdirir. Xüsusilə, son aylarda daha da “populyarlaşan” qanlı terror aktları nöqteyi-nəzərindən məsələ daha kritikdir.

Bəzi Qərb siyasətçiləri bu amili - terrorun sürətlə Qərbə tərəf yön almasının səbəblərini bir çox məsələlərdə görür:

- Onların fikrincə, terrorizmə qarşı “mübarizə”də ön sıralarda yer aldığı təsəvvür olunsa da, Qərbin bir sıra terror yuvalarının bu və ya digər formada “təşkil olunmasında” iştirakı danılmazdır. Hətta loyal münasibət və ya qurulmaya verilən “dəstək” belə terrorizmin şaxələnməsinə imkanların yaradılmasından xəbər verir;

- Qərbdə son dövrlərdə artan sağ mərkəzçi ideoloji baxış (qatı milliyyətçilik) məsələlərə soyuqqanlı baxış sərgilənməsini əngəlləyir;

- Nəhayət, Qərb insanının yeni düşüncəsi fərqlidir - onlar artıq mələlərin müzakirə ilə deyil, daha fərqli və radikal üsullarla həllinə meyllənirlər ki, bu da olduqca təhlükəlidir.

Tətiyi çəkdirən nədir - sülh anonsumu, fərqli yanaşmamı?

Vurğuladığımız nüanslar, yenidən son aylarda baş verən hadisələrə müraciət etməyi zəruriləşdirir. Özünü bir çox təhdidlərdən “sığortaladığını” iddia edən Qərbin özü terrorun və ya təhdidin əsas hədəfinə çevrilir. Trampa açılan güllə əslində Fitsoya atılan güllənin əks-sədasıdır. Və ya Trampa edilən sui-qəsd Kobaxidzeyə edilən xəbərdarlığın nəticələridir. Çünki terrorun vətəni, dini, irqi və ya xüsusi sosial statusu olmur - terror bütün dünya üçün qəbuledilməzdir. Bu vəziyyət isə gələcək üçün daha böyük təhlükələrin anonsunu özündə gizləyir.

Son aylarda, hətta illərdə Qərbdə, konkret olaraq ABŞ və Avropada silahlı hücumlar, basqınlar, qətl hadisələri, hətta məktəblilərin belə qətlə yetirilməsi faktları kifayət qədərdir. Bunun bir səbəbi də yuxarıda qeyd etdiyimiz nüansdan qaynaqlanır - nə qədər ki, Qərb terroru fərqli coğrafiyalarda axtaracaq, bu problemin sonlandırılması üçün real fəaliyyətə keçməyəcək, belə hallar və hadisələr yaşanacaq. Artıq vəziyyət belə bir mənzərə alıb - insanlar üçün terrora əl atmaq adiləşir. Bunun qarşısını almaq üçün isə sözün əsl mənasında hüququn aliliyi təmin edilməlidir - siyasi iradə ortaya qoyulmalıdır. Bunun üçün eyni məsələlərə münasibətdə fərqli davranışdan əl çəkilməlidir. Bunun üçün humanizm və sülh təbliğ olunmalıdır. Əks halda...

Trampa atılan güllənin siyasi məqsəd daşıdığı, bunun arxasında daha qlobal niyyətlərin dayandığı istisna edilə bilməz. Bəlkə də onun “sülh anonsları”, bəlkə də “barışığa” yönəlik fikirləri bu güllənin tətiyini çəkib. Amma hər bir halda Qərbdə açıq sözün, fikrin hədəfdə olması növbəti dəfə öz təsdiqini tapır. Fitsonun timsalında, Kobaxidzenin timsalında və nəhayət Trampın timsalında...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 677 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30