Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan aldadıldı...

Ermənistan aldadıldı...

17.07.2024 [10:25]

Qərbin “dəstəyi” epizodik xarakter daşıyır

Ermənistanda yaranmış qeyri-müəyyən siyasi durum daha da dərinləşməkdədir. Sülhün reallaşmasına mane olmağa çalışan güclərin hazırladıqları “keşiş inqilabı”nın reallaşmaması, hazırki iqtidarın “Qərbyönümlü siyasət” kursunun iflasa uğraması, sosial çətinliklərin daha qabarıq şəkildə üzə çıxması vəziyyəti daha da dramatikləşdirir. Artıq siyasi qüvvələr etiraf edirlər ki, ölkələrinin gələcək rifahı üçün açarı kənarda axtarmağa dəyməz - Azərbaycanla bağlanacaq sülh Ermənistan üçün yeganə çıxış yoludur. Qərb dairələrinin, xüsusilə Fransanın Ermənistan üzərindən oynadığı oyunlar isə yalnız korporativ maraqlara istiqamətlənib. Parisin silahlandırma, “beynəlxalq təzyiq kampaniyası” yaratma, eləcə də, guya Ermənistanın Avropa məkanına inteqrasiyasının təşkili kimi oyunları artıq bütün mahiyyəti ilə üzə çıxır - aydın olur ki, bütün bunlar sadəcə ucuz pafos və “ümid vermək”dən başqa bir şey olmayıb.

İrəvan anlayır....

Bir müddət öncə Qərb ilə münasibətlərinin “yeni mərhələyə” qədəm qoyma perspektivindən danışan Ermənistan hakimiyyətinin bütün kartları açılır - xüsusilə, 5 aprel görüşündə yaşanan fiasko, İrəvanın gözləntilərinin doğrulmaması həm erməni xalqının, həm də Erimənistanın siyasi palitrasının Qərbə münasibətini dəyişib. Məsələn, dünənə qədər Qərbin dəstəyini “səmimi”, “Ermənistanın yeganə yolu” sayanlar artıq fərqli düşüncələr irəli sürürlər. Onlar Qərbin Ermənistanla bağlı planlarının epizodik olduğunu etiraf edirlər. Məsələn, siyasi şərhçi Vigen Akopyan bildirib ki, Ermənistana sadəcə

qərbpərəst yox, “Mixail Saakaşvili” modeli lazımdır. Belə bir şəraitdə Qərbin Ermənistan qarşısında heç bir öhdəliyi olmayacaq, eyni zamanda ölkə Qərbdən müəyyən gözləntilərini saxlayır. Amma indi elə məqam yetişib ki, hətta baş nazir Nikol Paşinyan da ayağını əyləcdə saxlamaq, əslində nə baş verdiyini anlamaq və sövdələşməyə çalışmaq lazım olduğunu anlayıb. O qeyd edib ki, Ermənistana 270 milyon avronu mərhələli şəkildə verən Qərb açıq şəkildə bildirir ki, onun ölkə ilə uzunmüddətli planları yoxdur. Onsuz da kiçik olan bu məbləğ hissə-hissə və çox güman ki, nəyinsə müqabilində verilir.

Ermənistan ümidini üzür....

Beləliklə, Qərbə yaxınlaşmaq, onun çətiri altına girmək həvəsi qarşılığında atılan addımlar lazımi effekti vermədi - xüsusilə, Paşinyanın gözlədiyi “səs-küy” yaranmadı. Onlar bu həqiqəti görürdülər, amma etiraf etməkdən çəkinirdilər. İstər Aİ-nin strukturları və üzv dövlətləri, istərsə ABŞ, istərsə də Ermənistanın siyasi hakimiyyəti dərk edirdi ki, regional həqiqətlər, regional reallıqlar məhz Azərbaycanın planlaşdırdığı strategiya və trayektoriya üzrə inkişf edir. Səslənən fikirlər heç də sadəcə iddia deyil - Ermənistanın bütün mənalarda “təcrübə laba?rotoriyası” kimi istifadə edilməsi faktlarla ortadadır. Qarşılığında isə 4 il ərzində cəmisi 270 milyon avro məbləğində qrant ayırılacaq - həmin qrantların hansı QHT-lərə ayrılacağı isə indidən bəllidir. Həmin təşkilatlar Ermənistanın içində Qərbin emissarlığını həyata keçirəcək. Bu mənada, erməni cəmiyyətinin baş verənlərə münasibətini açıq şəkildə ortaya qoyması iqtidarı çətinə salır - diqqəti cəlb edən məqamlardan biri Ermənistanın son günlərdə yavaş-yavaş yenidən köhnə orbitinə qayıtması prosesinə start verməsi istəyinin ortaya çıxmasıdır. Artıq Ermənistan mediasında Qərbin onları aldatması, Gürcüstan nümunəsi, Avropanın öz problemlərinin içində itib-batması, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının onlara qazandıracağı dividendlərlə bağlı materiallar “göz oxşayır”.

Kilsə yenidən aktivləşir...

Digər tərəfdən, kilsənin yenidən fəallaşması həm cəmiyyəti, həm də iqtidarı narahat edən amilə çevrilib. Belə ki, bütün ermənilərin katolikosu II Qaregin ilə Daşnaksütyun Bürosunun nümayəndəsi Akop Ter-Xaçaturyan arasında görüş keçirilib. Bu barədə yerli Eçmiədzin kilsəsi tərəfindən məlumat yayılıb. Verilən məlumata əsasən, həmin görüş zamanı həmsöhbətlər regional prosesləri, Ermənistanın üzləşdiyi problemləri və daxili siyasi vəziyyəti müzakirə ediblər.

Maraqlıdır ki, görüş “keşiş hərəkatının” fərqli formada yenidən ortaya çıxması ilə üst-üstə düşüb. Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan bugünlərdə Abovyana gəlib və liderlik etdiyi hərəkatın aktiv fazasında olduğu kimi, yenidən silsilə görüşlər keçirmək və hakimiyyətə tələblərini çatdırmaq niyyətində olduğunu açıqlayıb. Beləliklə, revanşist hərəkatın əsas dəstəkçilərindən sayılan erməni kilsəsi və daşnaklar “Baqrat layihəsini” yeni formatda ortaya çıxarmağa niyyətlənmiş kimi görünürlər.

İqtidar isə artıq “Qərb nağılları” ilə təbliğat apara bilmir. Onsuz da illərdir kilsə ilə problem yaşayan Paşinyan və komandası yeni təhlükələrlə üz-üzə qalıb. Kilsənin qarşıdurmaları alovlandırmağa istiqamətlənən kursu hər kəsə məlum olsa da, bunun öhdəsindən gəlmək üçün arqument axtarırlar - erməni deputatlar açıq şəkildə kilsəni siyasi böhrana yol açmaq üçün çalışdığını deyirlər.

SADİQ

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30