Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

17.07.2024 [15:16]

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının spikeri Valentina Matviyenkonun Sərəncamı ilə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

AZƏRTAC Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda MDB PA-nın üzvü olan dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleya rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu formalaşdırılır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30