Azərbaycanın üzərinə götürdüyü xüsusi missiya...
27.07.2024 [10:10]
Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ölkəmizə səfər edib
İyulun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Nazirlər arasında ikitərəfli münasibətlər müzakirə olunub
Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub. Ceyhun Bayramov Azərbaycanla Somali arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il ərzində, xüsusilə son illərdə ölkələrimiz arasında təmasların artmasının əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığını diqqətə çatdırıb. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadənin vacibliyi vurğulanıb. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu, bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. Somalinin 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində beynəlxalq sülh və təhlükəsizlik səylərinin tərəfimizdən dəstəklənəcəyi ifadə olunub. Bununla yanaşı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin təhsil təqaüd proqramlarından Somalinin faydalana biləcəyi diqqətə çatdırılıb. Həmçinin, ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Somali ilə əməkdaşlığa hazır olduğumuz vurğulanıb.
Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizin gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdıran Ceyhun Bayramov əməkdaşlığın inkişafının prioritetlərimizdən birini təşkil etdiyini, bu istiqamətdə ölkəmizin Afrika İttifaqı Komissiyası ilə münasibətlərin genişləndirilməsi niyyətində olduğunu bildirib. Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə inkişaf prosesləri, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri və sülh prosesinin qarşısında duran çağırışlar barədə ətraflı məlumatlandırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla xatırlanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov:
Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir
Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransı keçiriblər. Mətbuat konfransında C.Bayramov bildirib ki, Somali hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. O həmçinin, qeyd edib ki, Ermənistan-Azərbaycan normallaşması prosesi istiqamətində işlər davam etdirilir: “Somali hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu həm 44 günlük müharibə dövründə, həm də ondan sonra müşahidə edilib. Mən postmünaqişə barədə həmkarıma məlumat verdim. Azad edilən ərazilər, oradakı bərpa-quruculuq, həmçinin mina təhdidləri haqqında həmkarımı məlumatlandırdım. Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir və bu barədə həmkarımı da məlumatlandırdım”.
Azərbaycanın XİN başçısı 2025-2026-cı illər ərzində Somalinin BMT-nin TŞ qeyri-daimi üzvü seçilməsi münasibətilə həmkarını təbrik edib. “Bugünkü dialoqumuz çərçivəsində növbəti əməkdaşlıq imkanlarımız barədə fikir mübadiləsi apardıq”, - deyən nazir əlavə edib ki, Afrika ölkələri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi hər zaman prioritetdir. “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Afrika ölkələrinin maraqlarını dünya səviyyəsində çatdırılmasına üzərinə xüsusi bir missiya götürüb. Bu baxımdan, Azərbaycanla Afrika İttifaqı Komissiyası arasında əlaqələrə önəm veririk. Hesab edirik ki, Azərbaycan-Somali əməkdaşlığı buraya xüsusi töhfə verir”-deyə C.Bayramov vurğulayıb.
Həmçinin, rəsmi Bakı Somali rəsmilərini COP29 çərçivəsində Azərbaycana səfərə dəvət edib. “COP29 çərçivəsində Somalidən olan həmkarlarımızı ən yüksək səviyyədə Azərbaycanda görməkdən məmnun olacağıq”, - deyə, C. Bayramov bildirib.
Əhməd Moallim Fiqi: İllər ərzində münasibətlərimiz inkişaf edən xətt üzrə olub
Əhməd Moallim Fiqi isə Somali ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Nazir bildirib ki, Somali Azərbaycanla əlaqələri genişləndirmək üçün bütün addımları atmağa hazırdır. O vurğulayıb ki, Somali və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, təcrübələrini bölüşür.
Dəvət üçün Azərbaycana təşəkkür edən qonaq deyib ki, bu səfər iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyinə təsadüf edir: “Mən əminəm ki, bu münasibətlər əməkdaşlığımızın dərinləşməsinə töhfə verəcək. İllər ərzində münasibətlərimiz inkişaf edən xətt üzrə olub. Biz bu gün müzakirələrimizdə ticarət dövriyyəsinin artırılması, neft-qaz sənayesi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”.
Nazir COP29-a sədrliyi münasibətilə Azərbaycanı təbrik edib: “Bizim hökumətimiz bu konfrans və onun hədəflərinə nail olması üçün Azərbaycanla işləməyə hazırdır. Dialoqumuz zamanı diplomatik əlaqələrimizi, beynəlxalq platformalarda əməkdaşlığı müzakirə etdik. Biz davamlı şəkildə səylərimizi birləşdirməliyik. Əldə etdiyi bütün uğurlar münasibətilə Azərbaycanı təkrar təbrik edirəm”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

