Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev Venesuela Prezidentini təbrik edib

İlham Əliyev Venesuela Prezidentini təbrik edib

29.07.2024 [13:56]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Venesuela münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrinin, həm ikitərəfli, həm də çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, dost Venesuela xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30