Rüstəm İbrahimbəyovun absurd fikirlərinin əsasında şəxsi maraqları dayanır
17.11.2012 [10:03]
ARDNŞ-nin yaydığı məlumat bir daha sübut etdi ki, İbrahimbəyovu danışdıran “torpaq” dərdidir
Zaman-zaman “ziyalı” adı ilə alver etməyə cəhdlər göstərən, anti-Azərbaycan fəaliyyəti ilə özünü gündəmə gətirməyə çalışan Rüstəm İbrahimbəyov şəxsi maraqları prizmasından çıxış edərək, korporativ arzu və istəklərinin həyata keçmədiyi üçün Azərbaycan xalqına və dövlətinə böhtanlar yağdırır. Bir müddətdir ki, KİV-ə müsahibələrində sağa-sola şər-böhtan atmaqla məşğul olan, siyasi çırpınışlar nümayiş etdirən, uğursuz ifadələrlə Azərbaycan xalqına və dövlətinə qara yaxmağa çalışan bu şəxsin hansı səbəbdən “qəzəbli” olması cəmiyyətimizə bəllidir. Belə ki, hər zaman Azərbaycanı və azərbaycanlıları aşağılayan açıqlamaları ilə özünü gündəmə gətirməyə çalışan R.İbrahimbəyovun “kino” adı altında biznes maraqlarını təmin etməyə çalışması və bunun həyata keçməməsindən sonra anti-Azərbaycan xarakterli açıqlamaları ilə yenidən böhtanlara əl atması onun əsl simasını üzə çıxardı.
Ziyalılığı özünün “arzularının qanadına” pərçim etməyə çalışan bu şəxsin yeni bir “fəaliyyəti” ilə bağlı açıqlama yayılıb. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumatda bildirilir ki, son vaxtlar Rüstəm İbrahimbəyovun bir sıra müxalif mətbuat orqanlarına verdiyi müsahibələrdə ARDNŞ-nin nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar irəli sürülür. Bu müsahibələrdən açıq-aşkar görünür ki, R.İbrahimbəyovun narazılığı onunla əlaqədar olan bir neçə torpaq mübahisəsi ilə birbaşa bağlıdır.
Məlumatda qeyd olunur ki, ARDNŞ tərəfindən son illərdə mədən ərazilərində və neft sənayesi infrastrukturlarının mühafizə zonalarında zəbt edilmiş torpaqlarda qanunsuz tikililərə qarşı qətiyyətli hüquqi tədbirlər həyata keçirilir: “Bu tədbirlər tam hüquqi əsaslarla və ayrı-ayrı insanların şəxsiyyətinə fərq qoyulmadan aparıldığından, təəssüf ki, özünə xüsusi yanaşma tələb edən bəzi şəxslərin etirazları ilə qarşılaşır. R.İbrahimbəyovla əlaqəli torpaq mübahisələri də, bütün digər hallarda olduğu kimi, məhkəmə qərarları ilə tamamlanıb və ARDNŞ-in qanuni mənafeyi təmin edilib”.
ARDNŞ-in açıqlamalarında bildirilir ki, R.İbrahimbəyov müsahibələrində “əldə etdiyi” torpaq sahələrinin “kino sahəsinin inkişafına yönəlmiş böyük bir layihə üçün” nəzərdə tutulduğunu iddia edib: “Lakin məhkəmə araşdırmaları nəticəsində müəyyən edilib ki, həmin torpaq sahələri müxtəlif şəxslərin, daha dəqiq desək, onun həyat yoldaşı İbrahimbəyova Şöhrət Salman qızının, yaxın qohumları Əfəndiyeva Lalə Kamil qızı, Əfəndiyev Erkin Orxan oğlu, Quliyeva Vahidə Həmid qızı, Hüseynov Şükür Hüseynəli oğlu, Həsənova Ülviyyə Atamalı qızı, Həsənova Ülkər Atamalı qızı, Həsənova Pərvanə Qurbanqulu qızı, Quliyev Vaqif Fərruxoviç, Həsənov Atamalı Ehtiram oğlu, Quliyev Cəmal Vaqif oğlunun, eləcə də, yaxınları olan İmanova Nailə Davud qızı və Səfərov Faiq Firuz oğlunun adına fərdi yaşayış evlərinin tikilməsi üçün heç bir hüquqi əsası olmayan bələdiyyə qərarları ilə ayrılıb. Məhkəmə çəkişmələri zamanı o da aydın olub ki, istər bələdiyyə, istərsə də torpaq sahələrini “almış” bu şəxslər onlara qanunsuz ayrılmış torpaqların dövlət mülkiyyətində və ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aid olduğunu əvvəldən biliblər. Bu hallar həm rayon məhkəmələrində, həm appelyasiya, həm də ali məhkəmədə hər bir iş üzrə ətraflı araşdırmanın predmeti olmuş və torpaqlar üzərində ARDNŞ-nin hüquqları öz təsdiqini tapıb. Göründüyü kimi, guya kino sahəsinin inkişafına aid edilən bu layihə üçün rəsmiləşdirilmiş torpaq sahələri, əslində, ayrı-ayrı adamların şəxsi məqsəd və maraqları üçün nəzərdə tutulub. R.İbrahimbəyov həmin torpaq sahələrinin faktiki olaraq ona məxsus olduğunu etiraf etməklə əslində, bu ərazilərin qeyri-qanuni əsaslarla əldə olunduğunu bir daha təsdiqləyir. Bununla kifayətlənməyən R.İbrahimbəyov özünə xüsusi yanaşma tələb edir və məqsədlərinə nail olmaq üçün “kino sahəsinin inkişafına yönəlmiş böyük layihə”ni bəhanə gətirir. Halbuki, özünü ziyalı kimi təqdim etməyə çalışan o, ilk növbədə qanunlara hörmətlə yanaşmalı və özünü cəmiyyətdən fərqləndirməməli idi”.
Bu məlumatdan bəlli olur ki, R.İbrahimbəyovun bir müddətdir ki, göstərdiyi uğursuz çabalamaların əsasında nələr dayanır. Özünü gah “ziyalı”, gah “siyasətçi”, gah “qürbətdə yaşayan vətənpərvər” kimi qələmə verməyə çalışan R.İbrahimbəyovun qərəzinin arxasında dayanan fakt, göründüyü kimi, yenə də şəxsi maraqları imiş. Xüsusi status tələb edən, qanunları pozmaq üçün əlahiddə status daşıdığını güman edən R.İbrahimbəyov bir daha cılız arzuların əsirinə çevrildiyini ortaya qoyur. ARDNŞ-nin yaydığı məlumatda da vurğulanır ki, şirkət tərəfindən qaldırılan iddialar ayrı-ayrı şəxslərə deyil, torpaq sahələrində aparılan bütün qanunsuz tikililərə qarşı yönəlib: “Özünə xüsusi status, fərdi yanaşma tələb edən R.İbrahimbəyovun çıxış və bəyanatları isə dövlət tərəfindən konkret məqsədlər üçün ARDNŞ-nin istifadəsinə verilmiş torpaq sahələri üzərində hüquqlardan imtina olunmasına əsas verə bilməz”.
Bütün sadalananlar isə bir daha özündən müştəbeh vəziyyətdə olan İbrahimbəyovun əsl kimliyini, arzusunu, istəyini cəmiyyətə növbəti dəfə nümayiş etdirmiş olur. Bəli, İbrahimbəyovun dediklərinin əsassız bir yalan olması ortadadır. Bununla yanaşı, bütün bunlar göstərir ki, həmin yalanlar sadəcə və sadəcə İbrahimbəyovun qərəzinin əvəzidir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

