Qlobal Şərqlə qlobal Qərb arasında etibarlı körpü
12.09.2024 [10:23]
Öz siayasətini milli maraqlar üzərində quran Azərbaycan çoxvektorlu xarici siyasət kursuna malikdir. Multiregional siyasət qısa müstəqillik tarixində ölkəmizə beynəlxalq səviyyədə böyük nüfuz qazandırıb. Qürurverici haldır ki, bu gün respublikamız Cənubi Qafqaz coğrafiyasının lider dövləti olmaqla yanaşı, həm də beynəlxalq aktora çevrilib. Dünyada Azərbaycanın indiki həssas dönəmdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi sanballı töhfələr, iqlim çağırışları da daxil olmaqla qlobal səviyyədə meydana çıxan problemlərə həssas yanaşma sərgiləməsi, beynəlxalq həmrəyliyin gücləndirilməsinə böyük səy göstərməsi yüksək dəyərləndirilir.
Ölkəmizin, Prezident İlham Əliyevin dünyada artan nüfuzu
Azərbaycan bu gün dünyada ləyaqətli dövlət kimi tanınır. Bunu şərtləndirən ən mühüm amil isə ölkəmizin davamlı olaraq müstəqillik və suverenlik prinsipindən çıxış etməsidir. İqtisadi müstəqilliyini tam təmin edən respublikamız xarici siyasətində də sırf milli maraqlardan çıxış edir və öz maraqlarını qətiyyətlə qorumağı bacarır. Eyni zamanda, hazırda Azərbaycan beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa sanballı töhfələr verir. Güclü iqtisadi potensial, ədalətli enerji siyasəti, əlverişli coğrafi yerləşmə, Avrasiyada nəqliyyat bağlantılarının funksionallığının artmasında oynadığı mühüm rol ölkəmizin beynəlxalq nüfuzunun artmasını şərtləndirən mühüm amillərdir.
Burada dövlətimizin, şəxsən Prezident İlham Əliyevin siyasi qətiyyətinin önəmini isə ayrıca qeyd etmək lazımdır. Hər zaman, hər yerdə Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan, ölkəmizi inamla inkişaf etdirən Prezident İlham Əliyev milli səviyyədə əvəzolunmaz Lider kimi qəbul edilir. Həmçinin Onun liderlik missiyası milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətlə assosiasiya olunur. Bu barədə istənilən qədər nümunə gətirmək mümkündür. Prezident İlham Əliyevin pandemiyanın ilk günlərindən sərgilədiyi liderliyi yada salaq. 2019-cu ilin sonlarında Çində başlayan və qısa müddətdə 200-dən çox ölkəyə yayılan xəstəlik bütün dünya üçün ciddi təhdidlər yaratmışdı. Belə çətin dönəmdə Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, qlobal təhdidlər yaradan pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə nail olmaq lazımdır. Həmin çətin dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan Zirvə görüşlərinin keçirilməsinə nail oldu. Bundan başqa, dövlət başçımızın təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənmişdi. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycan beynəlxalq miqyasda “peyvənd millətçiliyi”nə qarşı çıxdı. Paralel şəkildə respublikamız Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Qoşulmama Hərəkatında (QH) bir neçə tranşda maliyyə dəstəyi göstərdi.
Prezident İlham Əliyevin bu qəbildən olan liderlik keyfiyyətləri Ona büytün dünyada böyük nüfuz qazandırıb. Bunu dövlətimizin başçısının həm İslam dünyasına, həm də Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələri birləşdirən təşkilatların Zirvə görüşlərinə fəxri qonaq qismində dəvətlər alması bir daha təsdiqləyir. Dövlətimizin başçısı Avropa Siyasi Birliyinin Zirvə tədbirlərində müntəzəm qaydada iştirak edir. Son olaraq Prezident İlham Əliyev 2024-cü ilin iyul ayında Oksfordda sayca 4-cü Zirvə görüşünə qatılıb və toplantı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib.
2022-ci il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Sammitdə çıxış edən dövlətimizin başçısı vurğulayıb ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var.
Artıq Azərbaycan Prezidentinin xüsusi dəvət əsasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşlərində iştirakı da ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. Hazırda isə ŞƏT-ə Qazaxıstan sədrlik edir. Prezident İlham Əliyev cari ilin iyul ayında ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Qeyd edək ki, “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Şanxay Əməkdaşlıq Təşkilatınin regional və qlobal səviyyədə böyük perspektiv vəd etməsini, geniş iqtisadi potensial, siyasi dvidentlər amilini, həmçinin qurumun prinsiplərinin, məqsədlərinin Azərbaycanın gündəliyinin bir çox məsələləri üst-üstə düşməsini nəzərə alan ölkə rəhbərliyi ŞƏT-lə əlaqələrin genişlənməsinə güclü siyasi iradə göstərir. Qeyd edək ki, Azərbaycan qurumda təmsil olunan əksər dövlətlərlə ikitərəfli platformada siyasi dialoqu və bu əsasda iqtisadi məzmunlu əməkdaşlığı uğurla inkişaf etdirir, hətta ayrı-ayrı ölkələrlə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Bu baxımdan Azərbaycanın ŞƏT-də təmsilçiliyi arzuolunandır və bu yolda hər hansı bir maneə yoxdur. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib.
Prezident İlham Əliyevin respublikamızın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə xüsusi dəvət alması, həmin tədbirlərdə fəal iştirakı Azərbaycan Liderinə və ölkəmizə göstərilən böyük ehtiramın göstəricisidir. Bu etimadın təzahürü olaraq beynəlxalq birlik BMT-nin ən böyük tədbirlərindən biri sayılan COP29 iqlim konfransına ev sahibliyi hüququnu da Azərbaycana verib. Tədbir cari ilin noyabrında baş tutacaq.
Qlobal çağırışlara həssas yanaşma
Bu gün dünyadakı mənzərə hər kəsə bəllidir. Çox kədərli haldır ki, coğrafi baxımdan müxtəlif qütblərdə yerləşən dövlətlər arasında münasibətlər bir sıra hallarda ixtilaflarla müşayiət olunur. Ayrı-ayrı məkanlarda tolerantlıqla, milli-dini-irqi dözümsüzlüklə bağlı münaqişələrin baş verməsi, siyasi-iqtisadi toqquşmalar adi hala çevrilib və bir sıra məkanlarda qanlı müharibələr alovlanıb.
Belə bir vəziyyətdə Azərbaycan barışıq, dialoq məkanı kimi qəbul olunur. Deyə bilərik ki, hazırda Azərbaycan Qlobal Şərqlə Qlobal Qərb arasında etibarlı körpu rolunda çıxış edir. Bu günlərdə Prezident İlham Əliyev dost İtaliyaya səfəri çərçivəsində Beynəlxalq Çernobbio Forumunda iştirak etdi. Həmin Forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda xüsusi sessiyanın keçirilməsi heç də təsadüfi deyildi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa verdiyi töhfələrə diqqət çəkdi. Qeyd etdiyimiz kimi, iki aydan sonra respublikamız dünyada ən böyük iqlim konfransına - COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabrında verilib və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Belə bir qərarın verilməsi isə Azərbaycana olan ehtiramın təzahürüdür. Hazırda iqlim məsələləri ən aktual çağırşlardan biridir. Artıq dərk olunur ki, heç bir ölkə iqlim fəsadlarından sığortalamnmayıb. Azərbaycan COP29-a ev sahibliyinin məsuliyyətini öz üzərinə götürməklə və ötən dövrdə ciddi hazırlıqlar görməklə qlobal çağırışa özünün həssas münasibətini ortaya qoyur. “Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var - kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”, - deyə Prezident İlham Əliyev Forumdakı çıxışında vurğulayıb.
Azərbaycan Prezidenti fəxri qonaq qismində dəvətlər alır
Son vaxtlarda dövlətimizin başçısının müxtəlif coğrafiyalarda yerləşən ölkələrə uğurlu səfərləri də respublikamızın qlobal Şərqlə qlobal Qərb arasında körpü olduğunun daha bir təsdiqidir. Prezident İlham Əliyevin cari ilin iyul ayında dost Pakistana uğurlu dövlət səfəri baş tutdu. Bu səfər iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Xatırladaq ki, hər iki ölkə müxtəlif məsələlərdə bir-birinə dəstək göstərir.
Xalqların, cəmiyyətlərin tarixi bağlılığı, ənənələr dövlətlərarası münasibətlərin formalaşmasında çox mühüm amillərdən biri qismində çıxış edir. Müstəqil Azərbaycanın Mərkızi Asiya regionu ilə getdikcə möhkəmlənən əməkdaşlıq əlaqələri də məhz belə bir əsaslı və təbii zəmin üzərində inkişaf edir. Respublikamızla qeyd olunan coğrafiyada yerləşən ölkələr arasında tarixi mədəni əlaqələr var, xalqlarımızı etiqad eyniliyi, mədəniyyətlərin, ənənələrin, həyat tərzinin oxşarlığı birləşdirir. Əslində, deyə bilərik ki, Azərbaycanla Mərkəzi Asiya regionu dövlətləri vahid geosiyasi, tarixi və mədəni məkan qismində çıxış edirlər ki, bütün bunlar da qarşılıqlı inam mühitini möhkəmləndirir və münasibətlərin inkişafına müsbət təsir göstərir. Prezident İlham Əliyevin iyul ayında Qazaxıstana baş tutan səfərindən bəhs etdik. Avqust ayında isə dövlətimizin başçısı bu regionda daha bir dost ölkədə - Özbəkistanda dövlət səfərində olub. Prezident İlham Əliyev Özbəkistana uğurla baş tutan dövlət səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında liderlərin təmasları ilə bağlı maraqlı statistika barədə bəhs edib. İntensivləşən görüşləri uğurların rəhni kimi dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Artıq qeyd etdiyim kimi, mən qardaş ölkədə tez-tez oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub”.
Azərbaycan Prezidentinin son dövrləri əhatə edən səfərlərinin axırıncı ünvanı İtaliya olub. İtaliya Avropanın nüfuzlu dövlətlərindən biridir, dünyanın yeddinci iqtisadiyyatına malikdir. İtaliyada dövlətimizin başçısına göstərilən diqqət və ehtiram bir daha təsdiqləyir ki, Azərbaycan Avropa məkanında da böyük nüfuza malikdir. Qeyd edək ki, ölkəmiz Avropa İttifaqına üzv olan 10 dövlətlə strateji tərəfdaşlıq münasibətlərini özündə ehtiva edən sənədlər imzalayıb.
Beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik
Azərbaycanın uğurlu xarici siyasət kursundan bəhs edərkən ölkəmizin beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsilçiliyini xüsusi qeyd etmək lazımdır. Respublikamızın BMT-də və digər təsisatlarda yüksək fəallıq nümayiş etdirməsi təqdirlə qarşılanır. Azərbaycan - Qoşulmama Hərəkatı münasibətləri isə xarici siyasət kursumuzda ayrıca bir istiqamət təşkil edir. Respublikamız tərkibində 120 dövləti birləşdirən QH-na 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin QH-da təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyib və Vətən müharibəsi dövründə qəbul etdiyi sənədlərlə ölkəmizin yanında olduğunu ifadə edib. Öz növbəsində, respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. İndiyədək ölkəmizdə Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub.
Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib.
Azərbaycanın QH-na sədrliyi kifayət qədər uğurlu olub. Qurumun beynəlxalq nüfuzu və funksionallığı əhəmiyyətli dərəcədə artıb, həmçinin təşkilat daxilində yeni təsisatlar formalaşıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35

