Tarixdə ilk dəfə...
14.09.2024 [08:15]
Münhen Təhlükəsizlik Konfransına qeyri-alman sədrlik edəcək
Yens Stoltenberq Brüsseli Münhenə “dəyişir”...
XXI əsrin ikinci onilliyi qlobal müstəvidə kataklizmlərlə yadda qaldı. Uzun müddət davam edən pandemiya bəlası, siyasi gərginliklər, Avropanın mərkəzində başlayan müharibə beynəlxalq münasibətlər sisteminə özünün mənfi təzahürləri ilə təsir etdi - xüsusilə, illərdir özünü dünya siyasətinin qrandı hesab edən “köhnə qitə”nin bu gərginlikləri idarə edə bilməməsi, baş verənlərin qarşısında acizliyi ön plana sıçradı. Bir sıra siyasi mütəxə?sislər Avropanın siyasi çöküşünün post-Merkel dövründən, daha doğrusu, Fransanın köhnə qitənin lideri vəzifəsinə qeyri-rəsmi “yerləşməsindən” başladığını iddia edir. Amma həqiqət budur ki, yaşadığımız əsrin başlanğıcından etibarən ABŞ-ın start verdiyi vahid qütb olmaq planında müəyyən bir müddətdən sonra Avropa da istisna olunurdu - gedişat və proseslər bunu deməyə əsas verir. Xüsusilə, Vaşinqtonun Avropada müharibənin bitməməsi üçün bütün gücünü səfərbər etməsi, öz avropalı müttəfiqlərini enerji böhranı, iqtisadi krizislə üz-üzə qoyması köhnə qitəni gücdən salıb. Təbii ki, ortadakı ən mühüm məqamlardan biri də təhlükəsizlik məsələsidir - kollektiv Qərbin əsas təhlükəsizlik çətirinin Şimali Atlantika Müqaviləsi Təşkilatı olduğunu diqqətə alsaq, qurum daxilindəki “qan dəyişikliyi”nin də proseslərə təsirsiz ötüşmədiyini görə bilərik.
Şimal Alyansının 75 illik tarixinin 13-cü baş katibi...
Artıq 75 ildir ki, qlobal siyasi səhnənin ən mühüm elementlərindən birinə çevrilmiş Şimali Atlantika Alyansı son qəbulların ardından 32 dövlətin hərbi birliyi qismində çıxış edir. Baş ofisi Brüssel şəhərində yerləşən NATO Belçika, Birləşmiş Krallıq, Fransa, Hollandiya və Lüksemburq tərəfindən 17 mart 1948-ci ildə soyuq müharibənin fərqli qutbü kimi yaradılsa da, ötən illərdə dünyanın hərb gücü kimi əsas istinad nöqtəsi oldu. Şimal Alyansı əsasnaməsində də qeyd edildiyi kimi, “sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən, üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı” sayılsa da, günümüzün real siyasi proseslərinin də ən mühüm yönvericilərindən biridir. Qurumda bütün qərarlar hər bir üzv ölkənin maraqları nəzərə alınmaqla, konsensus əsasında qəbul edilsə də, maliyyələşmənin 80 faizi qeyri-Avropa məkanının “payındadır”. Şimali Atlantika Şurasının iclaslarına isə NATO-nun baş katibi sədrlik edir. NATO-nun baş katibinin səsvermə hüququ yoxdur, çünki əks halda baş katib tərəfindən təmsil olunan üzv ölkələrdən biri iki səsə malik olar və NATO-da isə hər bir üzv ölkə bir və bərabər səs hüququna malikdir. NATO-nun baş katibi üzv dövlətlər tərəfindən 4 il müddətinə təyin edilir. Hazırki sədr də daxil olmaqla, bu günə qədər NATO-nun, ümumilikdə, 13 baş katibi olub. Hazırda Alyans sədr dəyişikliyinin astanasındadır - bu vəzifəni 2014-cü ildən yerinə yetirən Norveçin keçmiş baş naziri Yens Stoltenberqi Niderlandın keçmiş baş naziri Mark Rutten əvəzləyəcək. Dəyişiklik oktyabrın 1-də reallaşacaq.
4 almandan sonra ilk norveçli...
16 gündən sonra “eks” statusu daşıyacaq NATO-nun Baş katibi Yens Stoltenberq isə Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq. Bu barədə “Politico” məlumat yayıb. Bildirilib ki, Stoltenberq 2025-ci ilin fevralından etibarən Münhen Təhlükəsizlik Konfransının sədri vəzifəsini icra edəcək. Qeyd edək ki, 2022-ci ildən bu vəzifəni daşıyan Kristof Heusgen sədrliyi tərk edəcək.
Adıçəkilən konfransın əsası 1963-cü ilin fevralında qoyulub - Almaniyanın Münhen şəhərində keçirilən illik beynəlxalq konfransda siyasətçilər, hərbçilər və biznes nümayəndələri, qeyri-hökumət təşkilatları və təhlükəsizlik ekspertləri diplomatik və protokol tələblərindən kənar mövcud təhlükəsizlik məsələlərini müzakirə ediblər. Konfransın əsas məqsədi xarici siyasət, təhlükəsizlik və müdafiə siyasətinin aktual məsələlərini müzakirə etməkdir. Münhen Konfransı bu tip məsələlər üzrə dünyada ən böyük konfrans sayılır - tədbirin təşkilatçısı isə qeyri-kommersiya təşkilatı olan Münhen Təhlükəsizlik Konfransı Fondudur (die Stiftung Münchner Sicherheitskonferenz (gemeinnützige) GmbH).
İlk 30 ildə forumun iştirakçıları sırasında yalnız NATO dövlətlərinin hərbi və siyasi liderləri, politoloqlar və media nümayəndələri olub. 1990-cı illərdən etibarən isə artıq konfransda Rusiya və Şərqi Avropanın digər ölkələrinin, o cümlədən Çinin, Hindistanın və Yaponiyanın nümayəndələri də iştirak edirdilər.
1998-ci ilə qədər konfransa rəhbərliyi təsisçisi, alman naşiri Evald-Henrix fon Kleyst-Şmençin edib. 1999-cu ildən bu vəzifəni Almaniyanın ən məşhur kanslerlərindən biri olmuş Helmut Kolun xarici işlər və müdafiə məsələləri üzrə keçmiş müşaviri Horst Telçik icra edib. 2009-cu ildən 2022-ci ilə kimi alman diplomatı Volfqanq İşinqer, 2022-ci ildən isə Kristof Heusgen konfransa rəhbərlik edir. Qeyd edildiyi kimi, Hausgenin xələfi isə NATO baş katibit Yens Stoltenberq olacaq.
Azərbaycanın da iştirakçısı olduğu konfrans...
Vurğulandığı kimi, Münhen Təhlükəsizlik Konfransı bu istiqamətdə keçirilən tədbirlər içində ən məşhurudur. Bu konfrans Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Konfrans bütövlükdə, “təhlükəsiz dünya” ideyasının reallaşdırılmasına əhəmiyyətli töhfələr verir. Qeyd edək ki, Azərbaycan dövləti də konfransın fəxri qonaqları sırasında təmsil olunur. 2020-ci ildə baş tutan Münhen Təhlükəsizlik Konfransı isə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyıb - müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa edən, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 15 fevralında Münhen Təhlükəsizlik Konfransında əldə etdiyi növbəti mühüm diplomatik qələbə ilə zəfərimizin beynəlxalq arenadakı əsasını qoydu. Münhen qələbəsi Azərbaycanın hücum diplomatiyasının mühüm tərkib hissəsi və real nəticəsi idi. Sözügedən konfrans zamanı Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini, tarixi faktlar və reallıqları qətiyyətlə ifadə etdi. İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq müstəvisində, həm də beynəlxalq birliyin mövqeyi fonunda dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Azərbaycan Prezidentinin Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair ifadə etdiyi siyasi-hüquqi gerçəkliklərin qarşısında Paşinyan tutarlı heç bir fikir səsləndirə bilmədi, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı, onun absurd iddiaları dövlətimizin başçısı tərəfindən darmadağın edildi.
NATO-nun “Stoltenberq erası”...
O ki qaldı, NATO-da davam etmiş 10 illik “Stoltenberq erası”na, bununla da bağlı yanaşmalar birmənalı deyil. Onun sədrliyi dövründə 2017-ci ildə “yeddinci genişlənmə” proqramı çərçivəsində Monteneqro, 2020-ci ildə “səkkizinci genişlənmə” proqramı çərçivəsində Şimali Makedoniya, 2023-cü ildə “doqquzuncu genişlənmə” proqramı çərçivəsində Finlandiya və bu ilin martında isə İsveç Alyansa tamhüquqlu üzv seçilib.
Siyasi mütəxəssislər yekdil olaraq Stoltenberq dövrünü NATO-nun XXI əsr üçün ən dinamik siyasi-hərbi dövrü kimi dəyərləndirirlər - xüsusilə, Yaxın və Orta Şərq, Mərkəzi Avropa kontingenti ilə bağlı kritik qərarların verilməsi, genişmiqyaslı müharibələrdə bu və ya digər şəkildə yer alma, ən əsası isə silahların və NATO qoşunlarının təkmil vəziyyətə gətirilməsi məhz Stoltenberqin xidmətləridir. Stoltenberq həm də Alyansın yaxın əməkdaşlıq etdiyi ölkələrə qarşı münasibətdə müsbət tendensiyanı qoruyub saxlamağı bacarırdı. Hazırki ?aş katib Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsinə “soyuq” yanaşsa da, vəziyyətin faciəvi durum almaması üçün bütün lazımi humanitar addımların atılmasının tərəfdarı kimi çıxış edirdi. Xatırladaq ki, Stoltenberq NATO Baş katibi qismində bu ilin martında Bakıya səfər edib...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35

