İslam ölkələri arasında sərhədlər ləğv olunur?
14.09.2024 [08:22]
Qonşu İranda iyulun sonlarında dövlət başçısı kimi fəaliyyətə başlayan yeni seçilmiş Prezident Məsud Pezeşkian ilk xarici səfərini İraqa edib. İraq Prezidenti Əbdül Lətif Rəşidlə İran Prezidenti arasında görüş baş tutub. Yüksək səviyyədə aparılan müzakirələrdə prezidentlərin ifadə etdikləri iki fikir xüsusilə müzakirələrə səbəb olub.
Nə dərəcədə realdır?
İran Prezidenti müsəlman ölkələri arasında Şengen zonasının analogiyası kimi sərhədə nəzarətin ləğv olunmasını təklif edib. Onun sözlərinə görə, bu, xarici sanksiyaların neytrallaşdırılmasına imkan verər. İranla İraq arasında əməkdaşlıqdan danışan Məsud Pezeşkian siyasi, iqtisadi, mədəni və sosial sahədə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmaq məqsədi ilə xüsusi komissiya yaratmağa çağırıb.
İran Prezidentinin istinad etdiyi Şengen zonası nədir? Şengen zonası ilə bağlı iki saziş imzalanıb. Birinci Şengen müqaviləsi 1985-ci il 14 iyun tarixində beş Avropa ölkəsi arasında bağlanıb. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı, Benilüks ölkələri olan Belçika, Hollandiya və Lüksemburq imzalayıblar. 1990-cı il 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minib. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adı ilə adlandırılıb.
Şengen zonası üzrə ikinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanıb. Şengen zonasına Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Rumıniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, həmçinin İslandiya, İsveçrə, Lixtenşteyn, Norveç daxildir. Bəhs olunan zona müqaviləyə qoşulan Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazidir. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət etmək imkanına malikdirlər. Şengen vizası ilə hər kəs üzv ölkənin hər birinə daxil olaraq bütün zonanı rahatca gəzə bilir. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasının hər hansı bir yerində müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri ölkədaxili səyahətlər kimi idarə olunur. Şengen qısamüddətli vizadır. Bu viza Şengen zonasında maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün milli vizalar tələb olunur, bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.
İndi isə İran Prezidenti oxşar modelin İslam dünyasında qurulması ideyasından çıxış edib. Onun bu təklifdən çıxış edərkən ilk növbədə İslam həmrəyliyi ideyasına istinad etdiyi ortadadır. İran Prezidentinin müsəlman ölkələri arasında sərhəd nəzarətinin ləğvini indi gündəmə gətirməsi isə təsadüfi sayıla bilməz. Məlumdur ki, bu ölkə başladığı nüvə proqramına görə ABŞ və digər Qərb dövlətlərinin tətbiq etdikləri sanksiyalar altındadır. Tətbiq olunan qadağalar İranın zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və bu səbəbdən də ölkənin sosial-iqtisadi durumu pisləşib. Bu gün İranda kəskin maliyyə çatışmazlığı müşahidə edilir. Rəsmi Tehran hətta ən zəruri layihələrin reallaşdırılmasına investisiyalar yönəltməkdə çətinlik çəkir. Bütün bunlar azmış kimi, indi də İran Rusiyaya ballistik raketlər satmaqda günahlandırılır. Artıq ABŞ və digər Qərb dövlətləri tərəfindən rəsmi Tehrana qarşı yeni sanksiyaların anonsu edilib. Yeni sanksiyalar paketinin tətbiqindən sonra İranda iqtisadi-sosial vəziyyətin daha da ağırlaşması qaçılmaz hala gələcək. Bunu düşünən Məsud Pezeşkian çıxış yolunu müsəlman ölkələri ilə ticarət əlaqələrini genişləndirməkdə görür. Onun qənaətinə görə, İslam dünyasında Şengen zonasının yaradılması İran və digər müsəlman ölkələri üçün Qərbdən gələn sanksiyaların fəsadlarından qorunmaq imkanı yaradacaq.
Sərhədlər üzərində nəzarətin aradan qaldırılmasını şərtləndirən digər səbəblər də göstərilir. Əminlik ifadə olunur ki, belə bir sərbəst zonanın yaradılması müsəlman ölkələri arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.
Əlbəttə, İslam dünyasında Şengen zonasının yaradılması ideyası özlüyündə kifayət qədər cəlbedicidir. Ancaq bu ideyanın yaxın perspektivdə reallaşacağı mümkünsüz görünür ki, bunu da şərtləndirən bir sıra amilləri sadalamaq mümkündür. İlk növbədə müsəlman ölkələri arasında həmrəyliyin zəif və yaxud heç olmadığı reallığını göz önünə gətirmək lazımdır. Elə İranın özü də İslam dövləti olmasına rəğmən, cəmiyyətləri bu dinin daşıyıcısı olan ölkələrə münasibətdə qardaşlıqdan, həmrəylikdən çox uzaqdır. Hazırda ayrı-ayrı müsəlman ölkələri arasında mövcud olan siyasi-hərbi gərginliklər də sərhədlər üzərində nəzarətin aradan qaldırılması ideyasına inamı sıfıra endirən digər bir mühüm amildir. Qarşılıqlı anlaşma üçün əvvəlcə bir-birinə siyasi-iqtisadi-hərbi təzyiqlər aradan qaldırlmalı, müharibələr sonlanmalıdır. M.Pezeşkianın ideyasını perspektivsiz edəcək digər mühüm səbəb müsəlman ölkələrinin bir-birindən kəskin fərqlənən inkişaf səviyyəsi və daxili təhlükəsizlik məsələləridir. Açıq demək lazımdır ki, bu gün müsəlman ölkələri həm də daxili təhdidlərlə üz-üzədir. Kriminogen durum arzuolunmazdır, narkotik ticarəti geniş vüsət alıb, işsizlik tüğyan edir və s. Bu kimi reallıqlar fonunda müsəlman ölkələri arasında sərhədlər üzərində nəzarətin götürülməsi ən azından yaxın perspektivdə mümkünsüz olacaq.
Qarşılıqlı ticarətdə dollardan imtina çağırışı
Avropa İttifaqı (Aİ) məkanında Şengen zonasının digər bir üstünlüyü burada ümumi valyutadan - Avrodan istifadə edilməsidir. Bağdadda yüksək səviyyədə aparılan müzakirələrdə İraq Prezidenti ƏbdülLətif Rəşid iki ölkə arasında ticarət əməliyyatında hesablaşmada ABŞ dollarından imtina etməyə çağırıb. Ekspertlər yaxın perspektivdə bu ideyanın da reallaşacağının mümkün olmayacağını düşünürlər. Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan 6-cı çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib: “Dollardan imtina məsələsi uzun müddətdir ki, fərqli regionlarda və təşkilatlarda müzakirələrə çıxarılır. İndiyədək bir sıra ölkələr və qurumlar öz aralarında dollarsız ticarət aparmağa çalışıblar. Eyni zamanda, bu məsələ zaman-zaman region dövlətlərində də gündəmə gəlir. Ancaq hələlik regional səviyyədə və dünya praktikasında dollardan imtina edib ticarətin milli valyutalarda aparılması praktikası olduqca azdır. Demək olar ki, bütün ölkələrin dönərli valyutalara, o cümlədən də ABŞ dollarına ehtiyacı var. Hazırda dünyada yığımların 67 faizi dollarla edilir. Dollara tələbatın artması ölkələr üçün valyuta yığımları, strateji güc baxımından da vacib hesab edilir. İslam ölkələri arasında da fərqli dönəmlərdə dollardan imtina edilməsi və qarşılıqlı ticarətin milli valyutalarla həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Bağdada aparılan müzakirələrdə gündəmə gətirilən bu ideya heç də yeni təklif kimi dəyərləndirilməməlidir. Ancaq mövcud reallıqlara diqqət yetirsək, nəzərə alsaq ki, beynəlxalq valyuta sistemi, eyni zamanda, dollara tələbatın yüksək olması və digər reallıqlar böyük həcmli əməlliyyatların dollarsız həyata keçirilməsinə praktiki cəhətdən imkan vermir. Buna görə də İslam ölkələrinin dollardan imtina etmələri, xarici ticarətlərini milli valyutalarda aparmaları mümkün görünmür . Ancaq gələcəkdə xüsusən də səbət valyutalarının mövqeyinin güclənməsi digər valyutalarda xarici ticarətin reallaşdırlmasına gətirib çıxara bilər”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38

