/ / Beynəlxalq arenada birgə əməkdaşlıq regionda sabitliyin və sülhün bərqərar olması üçün mühüm əhəmiyyət kəsb edir
Beynəlxalq arenada birgə əməkdaşlıq regionda sabitliyin və sülhün bərqərar olması üçün mühüm əhəmiyyət kəsb edir
18.12.2012 [00:35]
Azərbaycan ilə Çin arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Hər iki ölkənin parlamenti münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə çalışır.
AzərTAc xəbər verir ki, bu fikirlər Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun dekabrın 17-də Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səslənib.
Ə.Əhmədov bildirib ki, parlamentlərimiz arasındakı sıx əlaqələr dövlətlərimizin və xalqlarımızın dostluğunun daha da möhkəmlənməsinə xidmət edir.
Bildirilib ki, Azərbaycan-Çin əlaqələrinin dərin tarixi kökləri vardır. Azərbaycanda Çinin sürətli inkişafı diqqətlə izlənilir. Düşünürük ki, qarşılıqlı səfərlərimizlə biz bu inkişafa stimul veririk. Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi iki ölkə arasında siyasi sahədə də sıx əlaqələr qurmağa şərait yaradıb.
Ə.Əhmədov Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrdən də danışıb, hakim partiyalar arasındakı dostluğun əhəmiyyətini qeyd edib.
İqtisadi əlaqələrə toxunan Ə.Əhmədov bildirib ki, Azərbaycan iqtisadiyyatı xarici sərmayələr üçün açıqdır və çinli sahibkarlar iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoya bilərlər. Bu, ölkələrimiz arasında ticarət dövriyyəsini də artıra bilər.
Bay Liçen deyib ki, ikitərəfli əməkdaşlığın genişlənməsi hər iki ölkənin xalqlarının rifahına xidmət edir. Çin Kommunist Partiyasının 18-ci qurultayından sonra Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Düşünürük ki, parlamentlərimiz arasındakı dostluq əlaqələri daha da genişlənməlidir və bunun üçün bütün imkanlar vardır. Biz beynəlxalq arenada da əməkdaşlığımızı inkişaf etdirməliyik və bir-birimizə dəstək verməliyik. Hesab edirik ki, bu əməkdaşlıq regionda sabitliyin və sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlıq, təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

