/ / Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvanın və Rusiya regionlarının uşaq evləri və uşaq xəstəxanalarında xeyriyyə aksiyaları keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvanın və Rusiya regionlarının uşaq evləri və uşaq xəstəxanalarında xeyriyyə aksiyaları keçirilib
27.12.2012 [01:24]
Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada və Rusiyanın 25-dən çox regionunda Yeni il münasibətilə xeyriyyə aksiyaları keçirilib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi valideyn himayəsindən məhrum olmuş və xəstə uşaqlara xüsusi qayğı ilə yanaşır, hər bayram ərəfəsində onları diqqətsiz qoymur.
Bu il də nümayəndəliyin əməkdaşları ənənəyə sadiq qalaraq Yeni il ərəfəsində Rusiya paytaxtının Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzində və bir neçə uşaq evində olublar. Xeyriyyə aksiyası Rusiya Sosial-Mədəni Təşəbbüslər Fondu və Müqəddəs Xilaskar İsa Kafedral Kilsəsinin dəstəyi ilə həyata keçirilib.
Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzi 9 ildir ki, fəaliyyət göstərir. Mərkəzə Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko rəhbərlik edir. A.Pritıko Fondun əməkdaşlarını səmimi salamlayaraq Azərbaycanla sıx şəxsi və elmi əlaqələrinin olduğunu bildirib. Ölkəmizlə bağlı uşaqlıq xatirələrini danışan A.Pritko deyib: “Bakını və Sumqayıtı tez-tez xatırlayıram. Babam Sumqayıtdakı zavodlardan birində çalışırdı. Bu səbəbdən Azərbaycana tez-tez gəlirdim. Azərbaycanlıların səmimiyyətinə və mehribanlığına heyranam”.
Akademik vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dahi insan idi və Onun xalqlarımız arasında tarixən dostluq münasibətlərinin qorunub saxlanmasında xidmətləri danılmazdır.
Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə olunan uşaqlarla görüşüb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın salamlarını və Yeni il təbriklərini çatdırıblar. Şaxta baba və Qar qız uşaqlara müxtəlif oyuncaqlar, kitablar hədiyyə ediblər. Hədiyyə səbətinə şirniyyat, təzə və quru meyvələr, çay, mürəbbə qoyulub. Mərkəzə soyuducu, televizor, məişət texnikası və s. təqdim olunub.
Moskvanın bir neçə uşaq evində tərbiyə alan balacalar da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Yeni il hədiyyələrini məmnuniyyətlə qəbul ediblər. Şaxta baba və Qar qız nümayəndəliyin əməkdaşlarının gətirdikləri hədiyyələri uşaqlara paylayıblar. Moskvanın 43 nömrəli uşaq evinin sakinləri S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorlarının ifasında “Qış nağılı” tamaşasına maraqla tamaşa ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

