Məhkum olunmuş bir sıra şəxslərin əfvi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı icra edilib
28.12.2012 [02:07]
Azərbaycan Respublikası Prezidentinin dekabrın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən dekabrın 27-də icra olunub.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı müvafiq Sərəncamla 87 nəfər əfv olunub. Onlardan 79-u cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Bundan başqa, 4 nəfər islah işləri cəzasından, 4 nəfər isə cərimə cəzasından azad olunublar.
Əfv olunanlar sırasında İran, Gürcüstan, Türkiyə, Nigeriya və Banqladeş vətəndaşları da var.
Əfv Sərəncamının icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman aparatının, dövlət və qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, Prezident Sərəncamının icrasını vaxtında təmin ediblər.
Cəzaçəkmə müəssisələrində çıxış edənlər əmin olduqlarını bildiriblər ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, yenidən cinayət törətməyəcək, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklər.
Bildirilib ki, son illər Azərbaycanda insan hüquqlarının təmin və müdafiə olunması istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv Sərəncamı da bu humanist qərarların tərkib hissəsidir. Ölkəmizin başçısının bu humanist addımı yüzlərlə ailəni sevindirib.
Əfv edilmiş şəxslərə azad olunma haqqında sənədlər təqdim edilib.
Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyevin bu humanist addımını yüksək dəyərləndirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

