“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 42-ci cildi çapdan çıxıb
11.01.2013 [02:58]
“Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Lakin Ermənistanla belə əməkdaşlıq yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən, qaçqınlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra mümkün ola bilər.
Hesab edirik ki, terrora qarşı mübarizə bütün dövlətlərin və beynəlxalq təşkilatların əlbir fəaliyyətini tələb edir. Bununla bağlı düşünürəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı da üzərinə düşən tarixi vəzifəni yerinə yetirməli və bundan sonra da ümumbəşəri dəyərlər uğrunda mübarizəni davam etdirməli, bu təşkilatın üzvü olan Azərbaycanın haqq işinə dəstək verməlidir”.
AzərTAc xəbər verir ki, bu sətirlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 42-ci cildindən - Ümummilli lider Heydər Əliyevin 2002-ci ilin oktyabrın 14-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının İstanbulda keçirilmiş VII zirvə görüşündəki nitqindən götürülüb.
Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının VII zirvə görüşündə Ulu öndərin çıxışları, dövlət və hökumət başçıları ilə danışıqları, Azərbaycana gələn bir sıra xarici dövlət və hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların rəhbərləri ilə yüksək səviyyəli görüşlərinə dair materiallar, KİV-ə verdiyi bəyanat və müsahibələr dərc edilib.
Kitabda, həmçinin Ulu öndərin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin ev-muzeyinin açılış mərasimində, Bakı Metropoliteninin 35 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqləri, ölkəmizin sosial-iqtisadi inkişafı və ictimai-siyasi həyatından bəhs edən materiallar, Şəkiyə səfəri zamanı şəhər sakinləri ilə görüşlərdəki nitq və çıxışları, Dağlıq Qarabağ probleminə dair prinsipial mövqeyi öz əksini tapıb. Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin oktyabrından noyabrınadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

