Ordunun nüfuzuna xələl gətirən çağırışlar yolverilməzdir
12.01.2013 [18:14]
Mübariz Qurbanlı: Azərbaycan gəncliyində ordudakı vəziyyət və əsgərlərlə bağlı xof hissi yaratmaq çox təhlükəlidir
“Daşkəsəndə N saylı hərbi hissədə əsgərimiz Ceyhun Qubadovun vəfat etməsi ilə bağlı Yeni Azərbaycan Partiyası adından başsağlığı verilib. Eyni zamanda partiyamızın üzvləri yas mərasimində iştirak ediblər”. Bunu “SİA”-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı yanvarın 8-də Azərbaycan Ordusunda hərbi xidmət zamanı dünyasını dəyişən əsgərin ölümü ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi bu məsələ ilə bağlı ciddi araşdırmalar aparırlar. İlkin araşdırmaların nəticəsi olaraq Müdafiə Nazirliyi müvafiq qərarlar qəbul edib. Hadisədə bilavasitə günahkar olan şəxslərin cəzalandırılması üçün tədbirlər görülüb. Bütün araşdırmaların nəticələri cəmiyyətə bildiriləcək.
Bəzi dairələrin, xüsusilə də radikal müxalifət dairələrinin həmin əsgərin ölümü ilə əlaqədar geniş ajiotaj yaratmasına da münasibət bildirən İcra katibinin müavini hesab edir ki, bu məsələ ilə əlaqədar hay-küy qaldırılması düzgün hal deyil: “Bəzi radikal müxalifət dairələri və onların tabeliyində olan mətbuat orqanları baş vermiş hadisədən Azərbaycanın əleyhinə istifadə etməyə çalışırlar. Ordu hamı üçündür və hərbi xidmət ümummilli vəzifəmizdir. Ordumuzun güclənməsi, qüdrətlənməsi və psixoloji-mənəvi durumunun yüksək olması düşmən Ermənistan üzərində uğurlu qələbəmiz üçün vacibdir. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Buna görə də ordumuzda baş verən bu cür xətaları, belə faciəvi hadisələri şişirtmək və kütləviləşdirmək kiçik təfəkkürlü, aşağı səviyyəli insanların işidir. Belə faciəvi hadisələrdən siyasi kapital qazanmaq istəyənlər var. Bu cür faciələri bütövlükdə orduya qarşı yönəltmək və ordunun nüfuzuna xələl gətirən çağırışlar etmək yolverilməzdir. Xüsusilə Azərbaycan gəncliyində ordudakı vəziyyət və əsgərlərlə bağlı xof hissi yaratmaq çox təhlükəlidir. Bu gün Azərbaycan gəncləri könüllü şəkildə ordu sıralarına daxil olur, orduda böyük cəsarət və qətiyyətlə xidmət edirlər. Həmçinin ordumuzda böyük qəhrəmanlar yetişir. Belə olan şəraitdə faciəvi hadisəni şişirdərək onu bütövlükdə orduya və Azərbaycana qarşı çevirmək doğru deyil. Erməni mətbuatı bu tipli yazılar verir. Azərbaycan müxalifəti də buna oxşar yazılar yazır. Bu, bir daha onu göstərir ki, Azərbaycan müxalifəti ümumilli maraqlarda yanlış yoldadır. Ümummilli maraqları qorumaqla bağlı addımlar atmır və yaranmış vəziyyətdən məqamçı olaraq sui-istifadə etmək istəyir. Azərbaycan xalqı bunu qəbul etmir”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

