/ / Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
19.01.2013 [03:23]
Qərib Məmmədov: 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir
Yanvarın 18-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Öncə 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə DTXK sədri Qərib Məmmədov açaraq bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 23 il keçir: “20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 20 Yanvar hadisəsi zamanı 147 insan şəhid olub, 744 adam ağır xəsarət alıb, onlardan 331 nəfəri bu gün də əlil olaraq qalır”.
Qərib Məmmədov deyib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir: “Çünki bu tarix Azərbaycanın müstəqil dövlət kimi tanınmasında canlarını qurban verən şəhidlərimizin qanı ilə yazılıb. Həmin dövrdə Azərbaycan informasiya blokadasında idi. Həmin günlərdə Ulu öndər Heydər Əliyev Moskvada ailəsi ilə birlikdə Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək bu qanlı faciəni törədənləri lənətləmiş, o cümlədən, SSRİ-nin rəhbəri M.Qorbaçova etirazını bildirmişdir. Ulu öndərin bu bəyanatından sonra Azərbaycanda baş verən hadisə bütün dünyaya çatdırıldı”.
Komitə sədri bildirib ki, 1990-cı il yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mili azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar: “Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilib və bu hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətlərdən vəfat etmiş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib”.
Tədbirdə, həmçinin, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bağaoğlu, Dövlət Yerquruluşu Layihə İnstitutunun əməkdaşı Nəriman Rəhimov, Dövlət Yerquruluşu Layihə İnstitutunun texniki şöbəsinin baş mütəxəssisi Yusif Bünyadov, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm İstehsalat Mərkəzinin əməkdaşı Raya Abdullayeva, Dövlət Aerogeodeziya Müəssisəsinin əməkdaşı Sevda Şərifova və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu Ş.Mehdiyev 93a ərazi partiya təşkilatının sədri Cavid Mirzəliyev də çıxış ediblər. Qeyd olunub ki, yalnız Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi illərdə 20 Yanvar hadisəsi öz siyasi-hüquqi qiymətini alıb. O da bildirilib ki, Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin hər birinin ailəsinə, həmçinin, həmin hadisələr zamanı əlil olmuş şəxslərə diqqətini əsirgəməyib, onların üzləşdiyi problemlərin həlli daim dövlətin nəzarətində olub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

