/ / Erməni Ananyan, ermənipərəst Leyla Yunus və Günel Mövlud “Daş yuxular”a münasibətdə eyni mövqedən çıxış edirlər
Erməni Ananyan, ermənipərəst Leyla Yunus və Günel Mövlud “Daş yuxular”a münasibətdə eyni mövqedən çıxış edirlər
12.02.2013 [02:14]
İsa Qəmbərin oğlu isə adını Əkrəm Naibovu müdafiə edənlərin siyahısına iki dəfə yazdırır
Yazıçı Əkrəm Naibovun yazdığı “Daş yuxular” romanında millətimizin təhqir olunması, barbar, vəhşi qismində təqdim edilməsi Azərbaycan xalqının birmənalı etirazına səbəb olub. Xalqımız Əkrəm Naibovun bu addımını xəyanət kimi dəyərləndirir və onun yazdıqlarının erməni təbliğatına xidmət etdiyini düşünür.
Amma təəssüf ki, adını “azərbaycanlı” qoyan, lakin mövqeyi, əqidəsi fərqli olan, elə Ə.Naibov kimi erməni məkrinin tərkib hissəsinə çevrilmək üçün çabalayan bəziləri də var ki, Ə.Naibovu “dəstəkləyir”, ona qahmar çıxmağa çalışırlar.
Bu məsələyə keçməzdən qabaq vurğulamaq yerinə düşər ki, Ə.Naibovun xəyanəti ölkəmizdə nə qədər etirazla qarşılanıbsa, bir o qədər də Ermənistanda alqışlarla, dəstəklə qarşılanıb. Onun ermənipərəst mövqeyi təbii olaraq, torpaqlarımızı 20 ildən artıqdır ki, işğalda saxlayan təcavüzkarlar tərəfindən bəh-bəhlə “göyün yeddinci qatına” qaldırılıb. Məsələn, Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyan “Daş yuxular” romanını “Sabaha aparan yol” adlandırıb: “Faktiki olaraq, roman bu gün Azərbaycanda Ermənistana qarşı aparılan kor-koranə nifaq təbliğatına qarşı bir etirazdır. Digər tərəfdən, Ə.Əylisli (Naibov) ona görə haqlıdır ki, əsl yazıçı üçün patriot olmamaq, yalanı görüb susmaq qəbuledilməzdir”.
Onun iddiasına görə, guya Ə.Əylislinin (Naibov) bu roman vasitəsilə demək istədiyi sözlər Azərbaycan xalqının ürəyinin dərinliyində yatan sözlərdir: “Artıq onlar da başa düşürlər ki, onilliklər boyu daşıdıqları yalançı millətçilik və nifrət hissi sadəcə suyu bulandırır. Axır-əvvəl bu həqiqətləri kimsə yazmalı idi və bunu yazmaq haqqını Əkrəmə keçdiyi həyat yolu və hər zaman həqiqətin carçısı olmağı imkan verib. Onun Qrant Mativasyanla dostluğu da təsadüfi deyil. Əkrəm Ermənistan-Azərbaycan arasında dostluq körpüsü salan bir qəhrəmandır”.
Ananyan bununla da kifayətlənmir, Ə.Naibova Azərbaycan xalqının etirazını siyasi kampaniya adlandırır və bütün erməni xalqını onu dəstəkləməyə və müdafiə etməyə çağırır...
Bəli, bu, bir erməninin mövqeyidir və bunun əksini gözləmək də mümkün deyil. Amma gəlin görək, bəzi adını “azərbaycanlı” qoyanların mövqeləri Anayanın mövqeyindən çoxmu fərqlənir? Məsələn, ermənipərəstliyi ilə, torpaqlarımızı işğal edən, vətəndaşlarımıza qarşı soyqırımı həyata keçirən ermənilərə xidmətçiliyi ilə ad qazanmış, hər an Azərbaycan dövlətinin və xalqının mənafeyini satmaq üçün əmrə müntəzir olan Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu Ə.Naibovla bağlı bəyanat yayıb. Bəyanatın mahiyyəti olduqca gülünc və Ananyanın mövqeyinin təkrarıdır. Məsələn, L.Yunus hesab edir ki, 75 yaşlı “tanınmış” yazıçı Əkrəm Əylisliyə (Naibov) qarşı təqib kampaniyası xalqımızı və ölkəmizi biabır edir. Görəsən, L.Yunusun erməni toru ilə torlanmış gözləri Ə.Naibova etiraz edənlərin məhz Azərbaycan xalqı olduğunu görmürmü? Xalq təhqir olunub və buna dözməlidirmi? Və ya bu bəyanatda göstərilir ki, “Qatil Ramil Səfərovdan sonra Azərbaycanın şərəf və ləyaqətini yalnız Əkrəm Əylisli (Naibov) xilas edir”. L.Yunusun “şərəf və ləyaqət” anlayışının nədən ibarət olduğu artıq bu cümlədən anlaşılır. İkinci bir tərəfdən, Ananyanla L.Yunusun açıqlamalarında eyni frazaların vurğulanması göstərir ki, onların hər ikisi eyni obyektin-erməniliyin müdafiəsinin uğrunda çabalayanlardırlar...
Əkrəm Naibovun satqınlığına min bir don geyindirib müdafiə etməyə çalışanların sırasında gündə bir din dəyişdirən, boynunda gəzdirdiyi xaçla öyünən, orijinal görünmək üçün bütün yollara əl atan, hətta şəxsi həyatını məsxərə obyektinə çevirən, yazılarında öz valideynlərinə belə məsxərə obyekti kimi yanaşan Günel Mövlud da var. Bu şəxs ermənilər tərəfindən işğal edilən bir rayondan məcburi şəkildə qovulan bir ailənin üzvü olsa da, onun erməni sevgisi “boyundan” böyükdür. G.Mövlud, əslində, davranışı ilə, boynunda xaç gəzdirməklə hər zaman azərbaycanlı olmadığını “ortaya qoymağa çalışıb”.... Bu məsələdə Ə.Naibovu dəstəklədiyini söyləyən G.Mövlud deyir ki, “bu, yazıçının tarixə öz yanaşmasıdır. Onun buna haqqı var, o həqiqəti, tarixi bu cür görür”. Elə bu cümlədən, onun “qabında” nə olduğu, məqsədinin haraya istiqamətləndiyi bəlli olur. G.Mövlud bilmirmi ki, tarixi fakt dedikdə faktoloji əsası olan bir hadisə nəzərdə tutulur. Ə.Naibov kimiləri “ağıllarına” gələn hər yalanı “tarixə baxış” adı ilə cəmiyyətə sırımağa çalışsa, nə baş verər? İkinci bir tərəfdən, G.Mövludun bu məsələdə tutduğu mövqe də elə Ananyan və L.Yunusdan geri qalmır. O da, bu “hücumların” kökündə “siyasi təzyiqlər”in dayandığını bildirir. Yenə də eyni koordinat... Elə bu da Ananyan deyəndən fərqli bir şey demir və eyni tərəfdə olduqlarını büruzə verir.
Bu məsələdə bəziləri də var ki, qalıb “odla su arasında”. Məsələn, günlərdir ki, susqunluq nümayiş etdirən İsa Qəmbər nəhayət gördü ki, çıxış yolu qalmayıb, bu səbəbdən pıçıltı ilə də olsa sakit bir şəkildə “Daş yuxular”ı “bəyənmədiyini” dedi. Amma o da ürəyinə su səpmək üçün sosial şəbəkələrdə Ə.Naibova dəstək adı altında hazırlanan “siyahıda” oğlu Turqut Qəmbərin adını iki dəfə yazdırtdırır. Bütün bunlar isə bəzi adını azərbaycanlı qoyan, amma mənəvi baxımdan azərbaycançılıqdan uzaqda dayanan, erməni oduna körük olmaq üçün sıra gözləyənlərin iç üzünün açılması deməkdir.
Əslində, Ə.Naibovun xəyanətini müdafiə etməyə çalışanlar illərdir ki, içlərində xalqımıza qarşı bəslədikləri kini, nifrəti büruzə vermək üçün fürsət tapıblar. Lakin onlar unudurlar ki, dünyada öz xalqının nifrətinə tuş gəlməkdən dəhşətli cəza yoxdur. Xalqımız bu insanlara isə məhz bu cəzanı çoxdan kəsib.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

