Bahar Muradova: Rüstəm İbrahimbəyovu heç bir həbs təhlükəsi gözləmir
28.02.2013 [01:14]
“Əgər Azərbaycanda ictimai siyasi fəaliyyətlə məşğul olanlar həbsə atılsaydı, o zaman indi heç kim qalmazdı. O ki qaldı Rüstəm İbrahimbəyova, o, indiyə qədər elə də böyük diqqət çəkən, Azərbaycanın ictimai-siyasi gündəmini zəbt edən, dəyişməyə qadir olan siyasi fəaliyyət sahibi deyil”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
B.Muradovanın sözlərinə görə, hazırda kino xadimi, “Ziyalılar Forumu”nun təsisçilərindən olan Rüstəm İbrahimbəyovun özünün iddia etdiyi kimi, Azərbaycanda həbs olunması ilə bağlı elə bir əsas, yaxud təhlükə görmür: “Azərbaycanda sırf ictimai-siyasi məqsədlərə xidmət edən insanlar azad şəkildə fəaliyyət göstərirlər və öz sözlərini deyirlər. Hətta tənqid çərçivələrini çoxdan aşaraq digər yolverilməz çərçivələrdə fəaliyyət göstərirlər. Yenə də onlara “gözün üstdə qaşın var” deyən yoxdur. Rüstəm İbrahimbəyova da sırf ictimai-siyasi fəaliyyəti ilə bağlı belə bir irad tutan yoxdur, baxmayaraq ki, bu fəaliyyəti ilə elə də diqqət cəlb etmir. Bu fəaliyyətindən geri çəkilsə belə, yenə heç nə hiss olunmayacaq. Azərbaycan bütün azərbaycanlıların vətənidir, istədikləri vaxt gəlib-gedə bilərlər, o cümlədən də Rüstəm İbrahimbəyov istədiyi vaxt gəlib-gedə bilər”.
B.Muradova deyib ki, R.İbrahimbəyovun siyasi mövqeyindən, söylədiyi fikirlərdən və mövcud iqtidara münasibətindən asılı olmayaraq, onu heç bir həbs təhlükəsi gözləmir: “Ola bilsin, onun özü cinayət əməlinə səbəb olan, özü ilə bağlı hansısa faktı bilir və bundan narahatdır ki, həbs olunma ehtimalı ola bilər. Amma indiki durumda onun həbs olunması ilə bağlı heç bir əsas görmürəm. Çünki həbs olunmaq üçün ciddi əsaslar olmalıdır. Ona görə də bilmirəm onda bu məlumatlar haradan qaynaqlanır və yaxud onu belə düşünməyə vadar edən nədir”.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında bildirib ki, Azərbaycana gəldiyi halda, həbs olunmaq ehtimalı var: “Məndə olan məlumata görə vətənə qayıdacağım halda məni istintaqa çağırmaq, sorğu-sual etmək istəyirlər. Düzdür, bununla bağlı rəsmi məlumat yoxdur. Hesab edirəm ki, hökumət bu informasiyaları qəsdən yayır”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

