/ / Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistana təzyiq göstərmək lazımdır
Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistana təzyiq göstərmək lazımdır
28.02.2013 [01:14]
Azərbaycan işğal edilmiş torpaqlarının geri qaytarılması və azərbaycanlı qaçqınların öz doğma yurd-yuvalarına qayıtması məsələsində qətiyyət nümayiş etdirir. “Trend”-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“Azərbaycan işğal edilmiş torpaqlarının geri qaytarılması və azərbaycanlı qaçqınların oraya qayıtması məsələsində bundan sonra da qətiyyət göstərəcək. Biz çadırlarda yaşamaq məcburiyyətində olan qaçqınları öz evlərinə qaytarmalıyıq” - deyə, Ə.Həsənov bildirib.
Onun sözlərinə görə, əgər bundan sonra da belə davam etsə, digər imkanlardan istifadə olunacaq.
Əli Həsənov bildirib ki, hazırda Azərbaycan ordusunu və iqtisadiyyatını gücləndirir.
Prezident Administrasiyasının şöbə müdiri Xocalı soyqırımı hadisələri və ermənilərin törətdiyi digər qəddarlıq və zorakılıq faktlarını əks etdirəcək beynəlxalq filmin çəkilməsi imkanını da qeyd edib. Əli Həsənov bildirib ki, bu film, həmçinin qondarma “erməni soyqırımı” məsələsində ermənilərin yalanının sübutu olacaq: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistana təzyiq göstərmək lazımdır”.
Əli Həsənov, həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya arenasında təbliğatında Türkiyənin rolunu qeyd edib və əminliyini bildirib ki, Türkiyə, vəd etdiyi kimi, bu münaqişə həll edilməyənədək Ermənistan ilə sərhədləri açmayacaq.
Onun sözlərinə görə, Azərbaycan son beş il ərzində Türkiyədə layihələrə 30 milyard dollar investisiya yatırıb: “Hazırda Azərbaycan-Türkiyə münasibətləri on il əvvəllə müqayisədə daha da əhəmiyyətlidir. Bu gün Azərbaycan Türkiyənin arxasında deyil, Türkiyə ilə yanaşı dayanır”.
Əli Həsənov, həmçinin Ermənistanda keçirilmiş prezident seçkilərinə toxunub. Onun sözlərinə görə, bu ölkədə normal seçkilər keçirilməyib. Ermənistan prezidenti seçkilərdə deyil, öz xalqı üzərində qələbə qazanıb: “Nə qədər ki, Sarkisyan hakimiyyətdədir, hər il bu ölkəni daha 100 min Ermənistan vətəndaşı tərk edəcək. Nəticədə, beş ildən sonra Ermənistan əhalisi bir milyon nəfərədək azalacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

