“Sarkisyanlar vassaldır, vassallar isə qərar qəbul edə bilməz”
10.04.2013 [16:43]
Serj Sarkisyanın inauqurasiya mərasimində Dağlıq Qarabağ mövzusuna xüsusi diqqət yetirməsi təsadüfi deyil. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
“Sarkisyan özü Qarabağ dalğasında Ermənistanda siyasi hakimiyyətə gəlib və Qarabağda da törədilmiş cinayətlərdə iştirak edən bir adamdır. Dağlıq Qarabağ kartı Sarkisyan kimilərin müəyyən məsələlərdə yardımçısı rolunu oynayır. Onun çıxışındakı sülh təklifi ilə bağlı məsələyə gəlincə, hamıya aydındır ki, Azərbaycan tərəfi bütövlükdə bölgədə sülhə nail olmaq üçün müəyyən addımlar atıb. Lakin hər dəfə də danışıqlarda əldə edilmiş razılaşmanı Ermənistan tərəfi pozub” - deyə, millət vəkili bildirib.
M.Qurbanlı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzərə salsaq, hər dəfə son anda Ermənistanın layihələri pozduğunu görə bilərik.
“Ermənistan tərəfinin irəli sürdüyü təkliflərə gəlincə, onlarda Azərbaycanın ərazi bütövlüyü azacıq da olsa şübhə altına alınıbsa, Azərbaycan tərəfi bu cür təklifləri birmənalı olaraq qəbul etməyib. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bizim ən böyük kompromisimiz məsələnin sülh yolu ilə həllinə tərəfdar olmağımızdır. İkincisi isə tarixi Azərbaycan torpaqları üzərində qurulan Ermənistana qarşı iddalarımızı ortaya qoymamağımızdır. Bizim ən böyük kompromisimiz sülh yolunu qəbul etməyimizdir. Bizim hüququmuz var ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə istinad edərək işğal olunmuş ərazilərimizi hərbi yolla azad edək. Hərbi baxımdan üstünlüyümüzü Ermənistanda da yaxşı bilirlər. Ona görə də hesab edirəm ki, Sarkisyanın hərbi ritorika ilə bağlı söylədikləri blefdən başqa bir şey deyil. Sarkisyan öz-özünə və ətrafındaklara təlqin etmək istəyir ki, Azərbaycan məsələnin hərb yolu ilə həllinə əl atacağı təqdirdə, guya Ermənistanın buna cavab vermək imkanı var. Biz isə bilirik ki, Ermənistanın təklikdə Azərbaycanla üz-üzə gələ bilmək gücü sıfıra bərabərdir. Ermənistanla təkbətək döyüşdə bizim qələbə çalacağımıza heç kimin şübhəsi yoxdur. Sadəcə, Ermənistan müəyyən güclərin dairəsinə daxil olaraq, onların himayəsi ilə bu cür danışıq tərzini ortaya qoyur” - deyə, M.Qurbanlı bildirib.
Millət vəkili hesab edir ki, bu cür çıxışlar və Azərbaycana meydan oxumaq cəhdləri gec-tez Ermənistanın özü üçün ağır nəticələrə gətirib çıxaracaq. Bu ağır nəticələr bu gün də görünür. Bölgədə Azərbaycanla Ermənistan müqayisə edilərsə, Azərbaycanın bütün sahələrdə qat-qat yüksəkdə olduğu görünər.
M.Qurbanlının sözlərinə görə, Sarkisyanın bu cür çıxış etməsinə baxmayaraq, Azərbaycan problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır və bu yolu ardıcıl olaraq davam etdirəcək.
“Bizim danışıqlar prosesindən çıxmağımız Ermənistan üçün təbliğat alətinə çevrilə bilər. Ona görə də hesab edirəm ki, biz danışıqlar masasını tərk etməli deyilik. ATƏT-in Minsk qrupu, BMT TŞ, BMT Baş Assambleyası səviyyəsində müxtəlif variantlarda Ermənistana diplomatik zərbələrimizi vurmaqda davam etməliyik. Amma hərbi baxımdan üstünlüyümüzü daha da gücləndirərək Ermənistanı himayə edən dövlətin simasında bu bölgədə döyüş qabiliyyətimizi o səviyyəyə qaldırmalıyıq ki, Ermənistanı himayə edən qüvvənin də qarşısına çıxa bilək və müqavimət göstərmək imkanımızı gücləndirək”, - M.Qurbanlı qeyd edib.
Onun fikrincə, Azərbaycan Ermənistanı iqtsadi yolla taqətdən salmaq siyasətini bundan sonra da sürətli olaraq davam etdirməlidir. Çünki bu taktika özünü doğruldur. Çünki Ermənistandan hər il 100 min erməni ölkəni tərk etmək məcburiyyətində qalır, minlərlə erməni Dağlıq Qarabağı tərk edib. Bu gün Dağlıq Qarabağda olan ordu birləşmələri ilə birlikdə ermənilərin say tərkibi 50-55 min nəfər civarındadır.
“Sarkisyan tipli nümayəndələrin hakimiyyətdə olduğu dövrdə danışıqların davam etdirilməsinin lazım olub-olmadığına gəlincə, hesab edirəm ki, danışıqlar davam etdirilməlidir. Müəyyən məqam və zaman çərçivəsində bu proses davam edəcək və yəqin ki, onun nəticələri özünü göstərəcək. Sarkisyan kimiləri vassaldır, vassallar isə qərar qəbul edə bilməz. Vassalların dedikləri senyorunun tapşırıqları əsasında baş tutur. Sarkisyan kimilərin avantürasının Ermənistana nə qədər ağır ziyan vurduğunu Ermənistanda bu gün dərk edənlər var. Onlar başa düşürlər ki, Dağlıq Qarabağ məsələsində real sülhə nail olmadan Ermənistanın xilası mümkün deyil və Ermənistan bölgədə müstəqil ölkə imicini bərpa edə bilməyəcək” - deyə, M.Qurbanlı bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

