Londonda “Avropada media idarəçiliyi” mövzusunda konfrans keçirilib
24.05.2013 [14:48]
Sahibə Qafarova: Azərbaycanda güclü və beynəlxlaq standartları mənimsəmiş medianın mövcudluğu ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynayır
Böyük Britaniyanın paytaxtı Londonda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) təşkilatçılığı ilə “Avropada media idarəçiliyi” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycanı Milli Məclisin üzvləri Sahibə Qafarova və Rəfail Hüseynov təmsil ediblər. Konfransda çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova ölkəmizdə medianın inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda güclü və beynəlxlaq standartları mənimsəmiş medianın mövcudluğu ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynayır. Demokratik bir dövlət kimi, Azərbaycanın kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin olunması, mətbuatın fəaliyyətinin stimullaşdırılması, bu sahədə fəaliyyəti tənzimləyən güclü hüquqi bazanın yaradılması kimi məsələləri dövlət siyasətinin prioritetləri elan etdiyini vurğulayan millət vəkili əlavə edib ki, ölkə Konstitusiyanda fikir və söz azadlığının təminatı məsələsi təsbit olunub, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan olunub: “KİV-in maddi texniki bazasının gücləndirilməsi üçün də dövlət tərəfindən çox effektiv addımlar atılmaqdadır. Bu tədbirləri həyata keçirərkən isə o qədər ciddi və ölçülmüş addımlar atılır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun. Məhz bunu nəzərə alaraq, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub, bu konsepsiyadan irəli gələrək isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb”.
Azərbaycanda 4500-dən artıq kütləvi informasiya vasitələri, 3600-dən artıq qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatından keçdiyini xatırladan Sahibə Qafarova çox təəssüflə vurğulayıb ki, bir sıra hallarda yaradılan münbit şəraitdən sui-istifadə hallarına yer verilir. Çıxışından sonra isə Sahibə Qafarova tədbir iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43

