/ / Əli Həsənov: “Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində artıq iki müqavilə imzalanıb”
Əli Həsənov: “Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində artıq iki müqavilə imzalanıb”
07.06.2013 [02:08]
Xəbər verdiyimiz kimi, Volqoqradda Dördüncü “Rusiya-Azərbaycan: regionlararası dialoq 2013” forumu keçirilir. Forumda iştirak etmək üçün Azərbaycandan Volqoqrada mötəbər nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində deyib: “Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çox müvəffəqiyyətlə davam edir. Forum çərçivəsində artıq iki müqavilə imzalanmışdır. Bunlardan biri Rusiya hökuməti ilə Azərbaycan hökuməti arasında Rusiya və Azərbaycan enerji sisteminin paralelləşdirilməsi və bu sahədə əməkdaşlıq haqqında sənəddir. Saziş Rusiyanın Enerji Nazirliyi ilə Azərbaycan Energetika və Sənaye Nazirliyi arasında imzalanmışdır. Düşünürəm ki, bu saziş, forumun nəticəsi olaraq, çox ciddi bir sənəddir və gələcəkdə Cənubi Qafqazda, o cümlədən Xəzər-Qara dəniz hövzəsində enerji sistemlərinin paralelləşdirilməsi və birgə fəaliyyətin təşkili sahəsində mühüm əhəmiyyəti olacaqdır. İkinci saziş Volqoqrad hökuməti ilə imzalanmışdır və Volqoqrad vilayəti ilə Azərbaycan arasında sosial, iqtisadi, mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı kompleks məsələləri əhatə edir. Məlum olduğu kimi, Rusiya böyük dövlətdir və onun regionları geniş iqtisadi, siyasi, sosial və mədəni potensiala malikdirlər. Bu regionlarda çoxsaylı Azərbaycan diasporu yaşayır. Azərbaycan hökuməti bu regionların iqtisadi və sosial potensialında maraqlıdır. Bu baxımdan, Azərbaycan və Volqoqrad hökumətləri arasında imzalanan saziş Rusiyanın regionları ilə münasibətlər sahəsində fəaliyyətimizə tam cavab verir, həm Rusiyanın regionlarının, həm də Azərbaycanın maraqlarına uyğun gəlir. Bundan əvvəl biz Rusiyanın digər federal subyektləri ilə də belə sazişlər imzalamışıq. Forumun yekunu olaraq, Rusiya Prezidenti Administrasiyası ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası arasında gələcək əməkdaşlığa dair birgə bəyanat imzalanacaqdır. Gələcəkdə belə forumlar Rusiyanın digər regionları ilə də keçiriləcəkdir. Builki forumda yenilik tətbiq edilmişdir. Forumun panellərindən birində Rusiya və Azərbaycan gənclər təşkilatlarının bir qrup fəalı iki ölkə gəncləri arasında əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacaqdır. Digər panellər regionlararası əməkdaşlıq, sosial, Xəzər hövzəsinin birgə istifadəsi və başqa mövzulara həsr ediləcəkdir. Düşünürəm ki, bu görüşlər iki ölkə arasında münasibətlərin Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdikləri kursa müvafiq olaraq davam etdirilməsinə xidmət edəcəkdir. Forum öz işini davam etdirir. Tədbirdə Azərbaycandan 70 nəfər, Rusiyadan isə 170 nəfər iştirak edir. Bundan əlavə, Volqoqrad vilayətindən və Rusiyanın digər bölgələrindən Azərbaycan diasporunun nümayəndələri də forumda təmsil olunurlar. Forumun nəticəsi olaraq biz Rusiya-Azərbaycan münasibətlərinin 2014-cü il üçün regionlararası və sosial-iqtisadi perspektivlərini müəyyən edəcəyik”.
Xəbər lenti
Hamısına baxSosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15

