/ / Bakıda “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans davam edir
Bakıda “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans davam edir
07.06.2013 [02:08]
Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans iyunun 6-da işini davam etdirib.
AzərTAc xəbər verir ki, konfransın bölmə iclaslarında Misir, Böyük Britaniya, Fransa, Finlandiya, Yaponiya, Almaniya, ABŞ, Estoniya, İran və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.
AMEA-nın Botanika İnstitutunun bioadaptasiya laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü İradə Hüseynova akademik Cəlal Əliyevin “Buğda və soya genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı: yeni baxış” mövzusunda məruzəsini təqdim edib.
Məruzədə qeyd olunub ki, bitkilərin məhsuldarlığında fotosintez prosesi çox mühüm rol oynayır. Bununla yanaşı, məhsuldarlıqda fototənəffüsün də mühüm rolu var. İşıqda gedən bu proseslər bir-birinin əksinədir.
Fototənəffüs prosesi ilk dəfə 1955-ci ildə aşkar edilib. Ötən yarım əsrdə fototənəffüsün bitkilərin həyatında rolu heç də birmənalı qiymətləndirilməyib. Alimlərin böyük əksəriyyəti hesab edir ki, fototənəffüs prosesində karbon itkisi baş verdiyinə görə bitkilərin inkişafı üçün bu proses lazımsızdır. Çünki bu, məhsul itkisinə gətirib çıxarır. İlk dəfə olaraq akademik Cəlal Əliyev tarla şəraitində yetişdirilən müxtəlif genotiplərdən istifadə etməklə, çoxillik tədqiqatlar nəticəsində sübut etmişdir ki, yuxarıda səslənən fikirlər əsassızdır. Beləliklə, akademik Cəlal Əliyev üzün illərin gərgin elmi axtarışları nəticəsində fototənəffüs prosesinin bitkilərin həyatında çox mühüm rol oynadığını təsdiqləyib.
Məruzədə bir daha vurğulanır ki, bitkilərin məhsuldarlığının artırılması üçün fototənəffüs prosesinin azaldılmasına yönəldilmiş bütün cəhdlər lazımsızdır. Əgər məhsuldar bitki vardırsa, onda fotosintezin də, fototənəffüsün də sürəti yüksək olmalıdır. Yüksək məhsuldarlıq həm fotosintezin, həm də fototənəffüsün yüksək sürəti, intensivliyi ilə xarakterizə olunur. Beləliklə, məhsulu artırmaq məqsədilə biokimyəvi və genetik üsullar vasitəsilə fototənəffüsün aradan qaldırılması və ya azaldılması yollarını axtarmaq təklif olunub.
Qeyd olunub ki, son 65 il ərzində aparılmış hərtərəfli tədqiqatlar zamanı müxtəlif taxıl genotiplərinin təbii yetişdirilmə şəraitində fotosintetik fəaliyyətinin səciyyəvi xüsusiyyətləri və parametrləri müəyyən edilib.
Akademik Cəlal Əliyevin elmi axtarışlara əsaslanan məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və geniş fikir mübadiləsinə səbəb olub.
Daha sonra Böyük Britaniyanın Kembric Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Con Uolker, ABŞ-ın Pensilvaniya Universitetinin professoru Lesli Daton, Finlandiyanın Turku Universitetinin əməkdaşı Eva-Mari Aro, İsveçin Umea Universitetinin professoru Yohannes Messincer, Tokio Universitetinin professoru Şinci Masuda və başqalarının mövzuya dair məruzələri dinlənilib.
Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
İyunun 7-də konfrans işini bölmə iclaslarında davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

