“Qaçqınların və məcburi köçkünlərin rifahı naminə” üçcildliyi çapdan çıxıb
19.06.2013 [01:53]
Azərbaycan Respublikası Prezidenti Katibliyinin Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi xidmətinin, Prezident Kitabxanasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materialları əsasında hazırladığı “Qaçqınların və məcburi köçkünlərin rifahı naminə” üçcildliyi çapdan çıxıb.
AzərTAc xəbər verir ki, orijinal dizayn və zövqlə hazırlanmış bu kitab xalqımızın başına gətirilmiş müsibətlərin öyrənilməsi baxımından olduqca dəyərli bir mənbədir.
Kitabın birinci cildində “Oxucuya” başlıqlı qısa, lakin tutarlı faktlarla zəngin olan yazı yaddaşımızın təzələnməsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin öyrənilməsi, Ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyasının tədqiqi, yurd-yuvasından zorla çıxarılaraq qaçqına və məcburi köçkünə çevrilmiş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi baxımından olduqca maraqlıdır.
Qeyd olunur ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi adı altında ötən əsrin 80-ci illərinin axırlarında başlanmış separatçı hərəkat tez bir zamanda alovlanaraq regionun ən böyük münaqişəsinə çevrildi. Bəzi xarici dairələrin, eləcə də keçmiş SSRİ rəhbərliyindəki ermənipərəst qüvvələrin təkidi ilə qızışdırılan bu hərəkat çox keçmədən elə Sovet İttifaqının özünün süqutuna aparan mərkəzdənqaçma qüvvələri arasında başlıca yer tutdu və uzunmüddətli, qanlı, amansız bir münaqişə kimi müstəqil Azərbaycana sovet imperiyasından “miras” qaldı.
Kitabda faktlar belə əksini tapıb: “İşğal nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi, 6000 sənaye, kənd təsərrüfatı müəssisəsi və başqa təyinatlı müəssisə, 4366 sosial-mədəni təyinatlı müəssisə, o cümlədən 6690 orta məktəb, 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı, 44 məbəd, 9 məscid və ümumi sahəsi 9 milyon kvadratmetr olan 150 min mənzil dağıdılıb məhv edildi. Azərbaycan xalına qarşı hərbi təcavüz nəticəsində vurulan maddi zərərin məbləği 60 milyard ABŞ dollarından (1994-cü ilin qiymətləri ilə) çoxdur. 2013-cü ilin qiymətləri ilə hesabladıqda vurulan zərərin məbləği 300 milyard təşkil edir”.
Kitabda haqlı olaraq bir daha vurğulanıb ki, qaçqın və məcburi köçkünlərin faciəsini - onların öz doğma yurd-yuvalarından didərgin düşməsini, ömrü boyu qurub-yaratdıqları ev-eşiklərini, doğulub boya-başa çatdıqları, ömür sürdükləri el-obalarından, yaxınlarının, əzizlərinin uyuduqları torpaqlardan ayrı düşməsini Ümummilli lider Heydər Əliyev öz şəxsi faciəsi kimi ürək ağrısı ilə yaşayıb. Dahi şəxsiyyət Heydər Əliyev özünü cismən və mənən daim qaçqın və məcburi köçkünlərin yanında hiss edib. Ulu öndər özünün zəngin təcrübəsi, fundamental idarəetmə bacarığı və istedadı, ardıcıl, qətiyyətli və genişmiqyaslı fəaliyyəti ilə qaçqın və məcburi köçkünlərin düşdükləri çarəsizlik burulğanında onların harayına yetişməyə çalışıb, qəlblərindəki ümid çırağını sönməyə qoymayıb, güzəranlarını yaxşılaşdırmaq naminə gecə-gündüz çalışıb, vəziyyətdən çıxış yolları axtarıb.
Ardıcıllıq və böyük ustalıqla sadalanan faktlar deməyə əsas verir ki, Ümummilli liderin bu istiqamətdə gördüyü işlər Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha böyük inam və səylə həyata keçirilməkdədir.
Azərbaycan və ingilis dillərində nəşr olunmuş üçcildlikdə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin operativ həlli istiqamətində gördükləri işlər, keçirdikləri müşavirələr, onlarla mütəmadi görüşlərini əks etdirən fotoşəkillər və bu səmimi görüşlər zamanı söylədikləri nitqlərin mətni, imzalanmış fərman və sərəncamlar, qəbul olunmuş qərarlar, beynəlxalq qurumların qətnamələri və digər məsələlər öz əksini tapıb.
Kitabın birinci cildindəki oxucuya ünvanlanmış yazıda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın haqq işinin dünyaya çatdırılması naminə gördükləri işlərə də yer ayrılıb.
Bu yeni nəşr Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişəsinin öyrənilməsi və xarici vətəndaşlara düzgün çatdırılması, eləcə də dövlətimizin qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə yönəltdiyi uğurlu layihələrin ardıcıllıqla izlənilməsi baxımından olduqca əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

