Mina qurbanları üçün ədalətin bərpası
04.04.2025 [10:28]
Azərbaycanın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarını müdafiə edən xüsusi qətnamə irəli sürülüb
Azərbaycan dünyada müharibə cinayətlərinin, o cümlədən də mina terrorunun qarşısının alınmasını hədəfləyən beynəlxalq kampaniyaların genişlənməsinə fəal dəstək göstərir. Elə bu günlərdə respublikamızın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürülüb.
Bu barədə aprelin 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası - mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksəksəviyyəli tədbirdə elan edilib.
Xatırladaq ki, Azərbaycanın BMT-nin Cenevrə Bölməsi nəzdindəki Daimi Nümayəndəliyi və “Universal Rights Group” (URG) beynəlxalq təşkilatı tərəfindən birgə təşkil olunmuş tədbir BMT-dəki daimi nümayəndəliklər, insan hüquqları sahəsindəki nüfuzlu qurum və ekspertlər, həmçinin beynəlxalq media nümayəndələrinin iştirakı ilə keçirilib.
4 minə yaxın mina qurbanının olduğu ölkə
Respublikamızın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarını müdafiə edən xüsusi qətnamənin irəli sürülməsi təsadüfi deyil. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş və bunun ağır fəsadlarını öz üzərində hiss edən ölkələr sırasında yer alır. İşğalın davam etdiyi 30 il ərzində ərazilərimizin iyirimi faizi boz zonaya çevrilib, orada ən ağlasığmaz yerlərdə çoxsaylı minalar basdırılıb.
Tədbirdə əsas məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dəhşət saçan faktlara diqqət çəkib. Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının Avropada minalarla ən çox çirklənmiş ikinci ərazi olduğunu vurğulayan natiq postmünaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat və sağlamlıqlarını itirdiyini, ümumilikdə isə Azərbaycanda 4 minə yaxın mina qurbanı olduğunu vurğulayıb. Sözügedən qətnamənin İHŞ-də ilk dəfə qəbul ediləcəyini bildirən E.İskəndərov bu sənədin mina qurbanları üçün ədalətin bərpa olması, onlara beynəlxalq yardımın artırılması üçün zəmin yaradacağını deyib.
Ölkəmizdə mina terrorunun fəsadlarının xüsusilə ağır olması həm də məğlub Ermənistanın minalanmış ərazilərin səhih xəritələrini respublikamıza təqdim etməməsindən qaynaqlanır. Gözənilirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra zamanında yol verilən müharibə cinayətlərinin məsuliyyətini bütün ciddiliyi ilə başa düşəcək və minalanmış ərazilərin səhih xəritələrini könüllü şəkildə ölkəmizə təqdim etməyə qərar verəcək. Bu, postmüharibə dönəmində etimad quruculuğu və sülhyaratma prosesinə güclü impuls verərdi. Ancaq belə görünür ki, özündən “sülh göyərçini” obrazı yaratmağa çalışan Nikol Paşinyan və onun komandasında yer alanlar, bütövlükdə Ermənistan cəmiyyəti belə bir iradədən və xoş niyyətdən uzaqdırlar. Bəli, postmüharibə dövründə Ermənistan tərəfindən respublikamıza hansısa “xəritələr” təqdim olunub. Ancaq həmin “xəritələr” üzrə axtarışların səmərəlilik göstəriciləri hədsiz dərəcədə aşağı olub. Sual yaranır: Nə üçün “sülhə hazırıq” deyən Ermənistan rəhbərliyi səhih mina xəritələrini gizlədir? Bunun alt qatında gizlənən məna nədir?
Azərbaycanın təşəbbüsünə güclü beynəlxalq dəstək
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2022-2025-ci illər ərzində 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Plana uyğun olaraq, hazırda 159 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu da o deməkdir ki, müddətin bitməsinə bir il qalsa da, dövlət proqramında nəzərdə tutulan ərazinin 73,95 faizi minalardan təmizlənib. Bütövlükdə, İkinci Qarabağ müharibəsi başa çatandan sonrakı dörd ildə (2021-2024-cü illər) 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.
Hazırda da minatəmizləmə əməliyyatları bütün intensivliyi ilə davam etdirilir. Bu günlərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı mart ayı üzrə məlumat yayıb. Verilən məlumata görə, azad olunan ərazilərdə mart ayı ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 4556 hektar ərazi minalardan təmizlənib.
Göründüyü kimi, minatəmizləmə əməliyyatları uzun vaxt aparan və böyük həcmlərdə maliyyə vəsaiti tələb edən çətin bir prosesdir. Burada mina terrorundan əziyyət çəkən ölkələrə ayrı-ayrı dövlətlərin və donor təşkilatların davamlı dəstəyi çox mühüm amildir. Təəssüf doğuran haldır ki, postmüharibə dönəmində Azərbaycanın ünvanına absurd ittihamlar səsləndirən bir sıra ölkələr və beynəlxalq təsisatlar son dərəcə mühüm humanitar məna kəsb edən minatəmizləmə əməliyyatlarının aparılmasında ölkəmizə hansısa bir dəstəyi verməyə tələsmirlər. İndiyədək respublikamızda həyata keçirilən minatəmizləmə fəaliyyətinə yönəldilən maliyyə yardımlarının yalnız 4-5 faizi beynəlxalq donorların payına düşür ki, bu da çox azdır. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi (MN), Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və 4 özəl şirkət yerinə yetirir.
Azərbaycanın irəli sürdüyü təşəbbüs dünya üzrə mina terroruna qarşı mübarizənin səmərəliliyini artırmağı, bu sahədə qlobal həmrəyliyi gücləndirməyi hədəfləyir və buna görə də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. XİN rəsmisi Azərbaycanın əsas həm müəllif qismində irəli sürdüyü “Piyadalar əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri” adlı qətnamənin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil olduğunu elan edib. Natiq diqqətə çatdırıb ki, hələ iki il əvvəl belə bir təşəbbüslə çıxış etmiş ölkəmiz bu hədəf istiqamətində sistemli fəaliyyət aparıb. Bunun nəticəsində mövzu üzrə ilk dəfə xüsusi hesabat İHŞ-də təqdim edilib, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil olunub, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nin 57-ci sessiyasında yayılmış Birgə bəyanat 65 ölkə tərəfindən dəstəklənib.
Tədbirdə çıxış edən qətnamənin həmmüəllifi olan Əlcəzair, həmçinin Qambiyanın BMT-nin Cenevrə Bölməsindəki Daimi nümayəndələri, BMT-nin İnsan Hüquqları Pozuntuları üzrə Məruzəçisi, səfir Yvette Stevens və digər natiqlər minalarla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və mina qurbanlarına yardımın mümkün beynəlxalq mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar. Çıxışçılar Azərbaycana insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsinə verdiyi dəstəyə görə təşəkkür ediblər.
Tədbir çərçivəsində çıxış edən hüquqşünas və Beynəlxalq İnsan Hüquqları Müşavirləri (IHRA) təşkilatının təsisçisi Ben Keit tərəfindən “Mina Ədaləti” (Campaign for Landmine Justice) kampaniyasının rəsmi təqdimatı da həyata keçirilib. Kampaniyanın başlıca məqsədi mina qurbanlarının hüquqlarının təmin edilməsi ilə bağlı beynəlxalq həmrəylik mexanizminin yaradılmasına nail olmaqdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51

