Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Moldova münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Moldova münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

09.04.2025 [18:20]

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldova Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşünü məmnunluqla xatırlayan Ceyhun Bayramov ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında bu kimi təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov rəhbərlik edib.

Paylaş:
Baxılıb: 279 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31