Azərbaycan müxalifəti ermənilərlə sinxron fəaliyyət göstərir
19.07.2013 [10:03]
Əli Həsənov: ABŞ Helsinki Komissiyasının brifinqinin əhəmiyyətini şişirtmək, onu Konqresdə “dinləmələr” səviyyəsinə yüksəltmək cəhdləri müəyyən daxili qrupların özünüreklam cəhdidir
Məlum olduğu kimi, bir neçə gün öncə ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı brifinq təşkil olunub. Həmin tədbirdə ölkəmizin ABŞ-dakı səfiri, Milli Məclisin deputatları iştirak ediblər. Bu tədbirdə nümayəndələrimiz Azərbaycanda həyata keçirilən siyasətin uğurlu nəticələri, ölkəmizin inkişafı və s. haqda çıxışlar ediblər. Amma həmin tədbirdə iştirak etmiş radikal müxalifətin “Milli şurası”nın nümayəndəsi Eldar Namazov ölkəmizdə həyata keçirilən siyasət haqqında qeyri-obyektiv və qərəzli fikirlər səsləndirib.
Təəssüflər olsun ki, hələ də E.Namazovun timsalında sapı özümüzdən olan baltalar mövcuddur. Təəccüblü budur ki, radikal müxalifət düşərgəsi bu tədbiri konqres dinləmələri kimi təqdim etməyə çalışır və bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd göstərir. Reallıqda isə mənzərə tamamilə fərqlidir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV-ə müsahibəsində məsələyə aydınlıq gətirib. Əli Həsənov bildirib ki, ABŞ Helsinki Komissiyasının brifinqinin əhəmiyyətini şişirtmək, onu Konqresdə “dinləmələr” səviyyəsinə yüksəltmək cəhdləri müəyyən daxili qrupların özünüreklam cəhdidir: “Onlar çox istəyirdilər ki, bu tədbir Konqresdə dinləmələr formatında baş tutsun. Hətta ciddi-cəhdlə bu yaxınlarda Azərbaycana səfər edən, bəhs edilən komissiyaların üzvü olan konqresmen və senatorların tədbirə qatılmalarına nail olmağa çalışırdılar. Lakin heç nə alınmadı. Bu da onların iflası, elə həmin ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir”.
Göründüyü kimi, radikal müxalifət bu tədbirdən sui-istifadə etməyə çalışaraq onu öz maraqları kontekstində ictimai rəyə sırımağa çalışır. Amma fakt odur ki, radikal müxalifət burada erməni lobbisinin imkanlarından da yararlanmaq istəyib. Məsələn, belə şəxslərin sırasında Kristofer Smitin adını çəkmək yerinə düşər. Bu konqresmen ermənilərin fəal dəstəkçilərindən biridir. Ola bilsin ki, “Milli şura” təmsilçiləri onu həmin tədbirdə görmək istəyər və Azərbaycanın əleyhinə işlətdiyi fikirlərdən gen-bol istifadə edərdilər. Amma yəqin, Smit səhhətində yaranmış problemlər səbəbindən həmin tədbirdə iştirak edə bilməyib. Əgər iştirak edib Azərbaycan haqqında növbəti dəfə hədyanlar yağdırsaydı, “Milli şura”nın üzvləri onun əlindən öpərdilər.
Onu da bildirmək yerinə düşər ki, brifinqdə Azərbaycanla bağlı tənqidi çıxış edən 2 şəxsdən biri “Milli şura”nın nümayəndəsi, digəri isə erməni təşkilatının üzvü olub. Yəni, Əli Həsənovun da dediyi kimi, Helsinki komissiyasının brifinqində ölkəmizlə bağlı tənqidi çıxışları “Milli şura”nın nümayəndəsi və ABŞ Erməni Milli Assambleyasının təmsilçisi edib. “Eyni zamanda, hər ikisi də tənqidi arayış yayıblar. Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən “Milli şura” və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar. Onlar müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarır, Azərbaycan xalqının rəyi ilə hesablaşmadan onun taleyini xaricdə həll etməyə çalışırlar. Bu gün Azərbaycan hakimiyyətinə qarşı absurd iddialarla çıxış edən, Azərbaycan Prezidentinin qanuna müvafiq şəkildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququnu şübhə altına almağa çalışan “Milli şura”nın qondarma müraciət müəlliflərinin özlərinin keçmişi kifayət qədər qaranlıqdır və hüquqi qaydada araşdırılmalıdır” - deyə, PA rəsmisi vurğulayıb.
Görünən budur ki, “Milli şura”da birləşən ünsürlər antimilli qüvvələrə, o cümlədən erməni lobbisinə xidmət edirlər. Əgər belə olmasaydı, ermənilərlə onların Azərbaycanla bağlı tənqidləri üst-üstə düşməzdi. Məsələnin digər tərəfi budur ki, “Milli şura”dakılarla erməni lobbisini eyni dərd birləşdirir. Onlardan biri Azərbaycanda hakimiyyətə gəlmək, digəri isə hakimiyyətdə öz adamını görmək istəyir. Adətən, bəzi xarici dairələr, xüsusilə erməni lobbisinin təsirində olan qurumlar Azərbaycanı tənqid hədəfinə çevirmək istəyəndə əsasız olaraq demokratiya və insan haqları problemini qabardılar. “Milli şura”da birləşənlər də eyni məsələləri əllərində bayraq edərək Azərbaycanda guya vəziyyətin pis olduğunu iddia edirlər. Yəni, burada tənqidlərin eyni mövzuda olması hər iki tərəfin eyni mərkəzdən idarə olunduğunu təsdiqləyir.
Sözügedən müsahibəsində Əli Həsənov bildirib ki, bu gün Azərbaycan hökuməti, siyasətçilər, nüfuzlu ictimai təşkilatlar, media, tanınmış ziyalılar, Azərbaycan diasporunun fəalları bütün imkanlardan istifadə edərək Ermənistanın və erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin ifşa olunmasına, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz “907-ci maddə”nin aradan qaldırılması üçün məqsədyönlü fəaliyyət daha da qətiyyətlə davam etdirilir. “Milli şura”nın təmsilçisi isə Helsinki Komissiyasının “dinləmələrində” çıxış edərək Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması tələbini irəli sürür. Bu fakt “Milli şura”da cəmləşənlərin anti-Azərbaycan xislətinin bariz nümunəsidir. Yəqin ki, indiki müxalifət heyifsilənir ki, vaxtilə hakimiyyətdə olanda ABŞ təkcə “907-ci” düzəlişlə ölkəmizə qarşı sanksiyalar tətbiq edib. Əgər bunların sayı daha çox, 908, 909, 910, 911 və s. olsaydı, indiki müxalifət daha xoşhal olardılar. Çünki bu sanksiyalar bütövlükdə dövlətin imicinə zərər vurardı. “Milli şura”dakılar isə heç nəyin fərqinə varmadan bu cür əsassız “907”-lərin hakimiyyətə və xalqa olan təsirlərindən zövq alardılar. Halbuki, Azərbaycanın hər hansı maliyyə yardımına ehtiyacı yoxdur, sadəcə bu ədalətsiz məsələ olduğu üçün dövlətimiz “907-ci” düzəlişin ləğv olunmasını məqsədəuyğun hesab edir. Amma “Milli şura”dakılar ermənilərlə həmrəy olaraq bu cür əsassız qərarların verilməsinə çalışırlar. Bütün bunlar bir daha təsdiqləyir ki, bu qondarma qurumda birləşənlərdə milli heysiyyat yoxdur və dünyada öz xalqını bu qədər aşağılamağa hazır olan ikinci müxalifət tapmaq mümkün deyil.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan dövlətinə qarşı aparılan qərəzli kampaniyalarda erməni lobbisi və Azərbaycan müxalifətinin radikal qanadı bəzi beynəlxalq qeyri-hökumət təşkilatları ilə də sıx əməkdaşlıq edirlər. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da bildirib ki, bəzi xarici təşkilatlarda Azərbaycana qarşı bir növ tendensiyalı münasibət formalaşıb: “Əminəm ki, Azərbaycanda nümunəvi demokratik cəmiyyət qurulsa belə, “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom Hause”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar ölkəmizi qara rəngdə təsvir etmək üçün bir bəhanə tapacaqlar. Bu hesabatların Azərbaycanla bağlı hissəsi siyasi sifariş əsasında hazırlanır və bizim bu məsələdə erməni lobbisinin, müəyyən xarici anti-Azərbaycan dairələrin xüsusi rolundan şübhələnməyə tam əsasımız vardır. Düşünürəm ki, bunu isbat etmək üçün heç uzağa getmək lazım deyil, elə “Amnesty İnternational”ın hesabatında Ermənistan ilə Azərbaycan arasında aparılan “müqayisə”yə diqqət yetirmək kifayətdir”.
Əlbəttə ki, ölkə ictimaiyyəti mütəmadi olaraq bu qurumların hesabatları ilə tanış olur və həmin hesabatlarda Azərbaycana qarşı qərəz özünü açıq şəkildə göstərir. Həmin hesabatların qərəzli olmasını təsdiqləyən əyani fakt isə işğalçı Ermənistanın Azərbaycandan üstün tutulmasıdır. “Amnesty İnternational”ın hesabatında Ermənistan kimi işğalçı dövləti Azərbaycana nümunə kimi təqdim etmək yalnız sifarişin, islamofobiyanın, ermənipərəstliyin təzahürü ola bilər. Əlbəttə ki, heç kim Azərbaycanda vəziyyətin ideal olduğunu iddia etmir. Amma bu faktdır ki, istənilən sahədə Ermənistanı Azərbaycana bərabər tutmaq, hətta onun ölkəmizdən üstün olduğunu iddia etmək ciddi qəbul olunmur və oluna da bilməz. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyon insanı öz torpağından didərgin salıb. Bu işğalçı siyasəti ilə bərabər Ermənistan hakimiyyəti seçkiləri də saxtalaşdırıb, son prezident seçkilərində namizədlərdən birinə sui-qəsd edilib. Belə faktlar kifayət qədərdir. Amma adıçəkilən təşkilatlar tərəfindən bu faktlara göz yumulması onların hansı məqsədlərə xidmət etdiyini aydın şəkildə göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

