Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün kurslar davam edir
02.08.2013 [09:58]
Avqustun 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edib.
AzərTAc xəbər verir ki, kurslarda Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev “Seçki hüququnun apelyasiya məhkəmə instansiyasında müdafiəsi (apelyasiya şikayəti, icraat qaydası, sübutlar, sübutetmə yükü və s.)” mövzusunda mühazirə ilə çıxış edib. Bildirilib ki, hazırda ölkəmizdə beş apelyasiya məhkəmə instansiyasının fəaliyyət göstərməsinə baxmayaraq, işlərin böyük qisminə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Bakı Apelyasiya Məhkəməsinin sədri diqqətə çatdırıb ki, qanunvericilikdə edilən dəyişikliyə əsasən, artıq məhkəmələrə ünvanlanan şikayətlər üzrə baxılan işlərdə sübutetmə vəzifəsi seçki komissiyalarının üzərinə düşüb. O, deyib: “2012-ci ilədək şikayətlərə Mülki Prosessual Məcəlləyə əsasən baxılırdısa, artıq bu proses İnzibati Prosessual Məcəllə ilə tənzimlənir və şikayətlərə inzibati məhkəmələrdə baxılır. Qanunvericilikdə edilən dəyişikliyə görə məhkəmə prosesində seçki komissiyalarının qərarlarının qanunauyğunluğunu komissiyaların özləri sübut etməlidirlər”.
İman Nağıyev ölkəmizdə keçirilən seçkilər zamanı Bakı Apelyasiya Məhkəməsinə edilən şikayətlər barədə də məlumat verib. Vurğulayıb ki, 2007-ci ildən fəaliyyətə başlayan Bakı Apelyasiya Məhkəməsinə ümumilikdə seçki hüququ ilə bağlı 262 iş daxil olub. Bu işlər 2008-ci ildə keçirilmiş prezident, 2009-cu ildə ümumxalq səsverməsi (referendum) və bələdiyyə seçkiləri, eləcə də 2010-cu ildə keçirilmiş parlament seçkiləri ilə bağlı olub. Bakı Apelyasiya Məhkəməsinə seçkilərlə əlaqədar daxil olmuş işlərə qanunvericiliyin tələblərinə riayət edilərək baxılıb.
MSK katibliyinin ümumi şöbəsinin müdiri Elşən Əsgərov “Dairə seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları” mövzusunda çıxış edib. Elşən Əsgərov dairə seçki komissiyalarının sədrlərini kargüzarlığın aparılması qaydaları ilə tanış edib və onları maraqlandıran sualları ətraflı cavablandırıb.
MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov “Seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və seçicilərə təqdim edilməsi qaydaları və şərtləri. Seçki prosesində Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən (DAİS) istifadəyə dair tələblər” mövzusunda çıxış edib.
Rüfət Gülməmmədov komissiya sədrlərini siyahıların tərtib edilməsi, dəqiqləşdirilməsi və seçicilərə təqdim edilməsi qaydaları və şərtləri ilə bağlı məlumatlandırıb.
Kurslar avqustun 4-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19

