Azərbaycan nümayəndə heyəti İran Prezidenti ilə görüşüb
06.08.2013 [08:32]
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
Səfər çərçivəsində nümayəndə heyətimiz Prezident Həsən Ruhani ilə görüşüb.
Nümayəndə heyətimizi səmimiyyətlə salamlayan H.Ruhani onun hərarətli salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Andiçmə mərasimində iştiraka görə, Azərbaycan tərəfinə minnətdarlığını ifadə edən İran Prezidenti qeyd edib ki, onun dövləti bütün məqamlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin Azərbaycanın suveren sərhəd hüquqlarının qorunması çərçivəsində həlli istiqamətində bundan sonra da səylər göstərməyə hazır olacaq.
Azərbaycana səfərləri ilə bağlı xatirələrindən bəhs edən İran Prezidenti Ulu öndər Heydər Əliyevi müdrik siyasi lider kimi səciyyələndirərək deyib: “Azərbaycan sürətlə inkişaf edir. Çox məmnunam ki, Heydər Əliyevin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
İranda Azərbaycan nümayəndə heyətinə göstərilən diqqətə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən O.Əsədov H.Ruhanini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib, Prezident İlham Əliyevin səmimi salamlarını və təbrikini çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində İranın imkanlarını diqqətə çatdıran Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, H.Ruhani münaqişənin nizamlanmasında ciddi səylər göstərəcək.
İran Prezidentinin andiçmə mərasimindəki çıxışında dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığına yer ayırmasını yüksək qiymətləndirən Azərbaycan parlamentinin rəhbəri, həmçinin Ulu öndər Heydər Əliyev barədə xoş ifadələrinə və səmimi sözlərinə görə də Həsən Ruhaniyə minnətdarlığını ifadə edib.
Səmimilik şəraitində başa çatan görüşdə İran-Azərbaycan münasibətlərinin ayrı-ayrı istiqamətlərində dair səmərəli fikir mübadiləsi aparılıb.
Səfər avqustun 5-də başa çatıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

