/ / Azərbaycan ilə Əfqanıstan arasında sənaye və energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan ilə Əfqanıstan arasında sənaye və energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
05.09.2013 [09:39]
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev sentyabrın 4-də Əfqanıstanın neft və təbii ehtiyatlar naziri Vahidulla Şahrani ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə tərəflər Azərbaycan ilə Əfqanıstan arasında energetika sahəsində əməkdaşlığın perspektivlərini, habelə sənaye sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.
Natiq Əliyev Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrin indiki vəziyyəti barədə qonağa məlumat verib, ölkəmizin iqtisadiyyatının inkişafında energetikanın əhəmiyyətli rol oynadığını vurğulayıb.
Nazir deyib ki, Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli dostluq münasibətləri çoxdan mövcuddur.
N.Əliyev qeyd edib ki, Azərbaycan Əfqanıstanda kiçik neft emalı zavodlarının tikintisində iştirak etməyə hazırdır, çünki ölkəmiz neft-qaz sahəsində böyük və uğurlu inkişaf yolu keçib. Əfqanıstanın iqtisadiyyatı bərpa olunur. Azərbaycan isə Əfqanıstanla əməkdaşlığa maraq göstərir.
N.Əliyev qonağa onu da bildirib ki, Sənaye və Energetika Nazirliyi Azərbaycanda həyata keçirilən 50-dən çox dövlət proqramının hamısına öz töhfəsini verib.
Sənaye və Energetika Nazirliyinin şöbə müdiri Ramiz Rizayev nazirliyin hazırladığı təqdimat zamanı çıxış edərək bildirib ki, hazırda Azərbaycan 2,4 trilyon kubmetr qaz, 2 milyard ton neft ehtiyatlarına malikdir. “Şahdəniz” yatağının istifadəyə verilməsindən indiyə qədər 44 milyard kubmetr qaz hasil edilib. İxrac boru kəmərlərinin şaxələndirilməsi də davam edir.
R.Rizayev deyib ki, dünyanın 11 ölkəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyi açılıb. Ölkədə 22 elektrik stansiyası fəaliyyət göstərir və respublika elektrik enerjisi ixracatçısına çevrilib.
R.Rizayev əlavə edib ki, Azərbaycanın iqlim şəraiti günəş, külək və çayların enerjisindən istifadə etməyə imkan verir. Artıq bərpa olunan enerji sahəsində 14 kiçik SES inşa olunur, 3 külək elektrik stansiyası istifadəyə verilib. Bütün bu uğurları əldə etmək üçün külli miqdarda - 128 milyard dollar məbləğində sərmayə yatırılıb.
Ölkəmizə səfərindən məmnun olduğunu bildirən Vahidulla Şahrani deyib ki, Azərbaycan ilə Əfqanıstan arasında möhkəm dostluq münasibətləri var. Hələ Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Əfqanıstandan olan tələbələr ali neft məktəbində oxumaq üçün Azərbaycana gəlirdilər. V.Şahrani bildirib ki, indiki nümayəndə heyətinin tərkibində Azərbaycan Neft Akademiyasının bir tələbəsi də var. Bu, bir daha göstərir ki, neft-qaz sahəsində Azərbaycanın təcrübəsi Əfqanıstan üçün çox vacibdir.
Görüşdə ikitərəfli əməkdaşlığı daha da genişləndirməyin və inkişaf etdirməyin zəruri olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

