/ / Bakıda “Qara dəniz – Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətlərinin Rəhbərləri Müşavirəsinin X iclası keçirilib
Bakıda “Qara dəniz – Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətlərinin Rəhbərləri Müşavirəsinin X iclası keçirilib
14.09.2013 [17:10]
Sentyabrın 12-dən 13-dək Bakı şəhərində beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr edilmiş “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətlərinin Rəhbərləri Müşavirəsinin X iclası keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin, Bolqarıstan, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanın kəşfiyyat xidmətləri rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra iclasın iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş soydaşlarımızın məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra tədbiri giriş sözü ilə “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri Rəhbərlərinin Müşavirəsi iclasının sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudov açıb.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını iclas iştirakçılarına çatdırıb və dövlətimizin başçısının təbrik məktubunu oxuyub.
X iclasda beynəlxalq terrorçuluq, ekstremizm, habelə bu cür hüquqazidd təzahürlərin, ümumən forum dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində kəşfiyyat xidmətlərinin əməkdaşlıq perspektivləri müzakirə olunub. İclasın əsas mövzusu olan enerji təhlükəsizliyi məsələsi geniş təhlil olunub, həssas məqamlar və qarşıda duran vacib vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxışında enerji təhlükəsizliyinin aktual məsələ olduğunu, regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırıb, ümumən terrorçuluğun, ekstremizm və radikallaşma meyllərinin, bundan irəli gələn təhdidlərin dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhlükə olduğunu bildirib. Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində intensiv və səmərəli informasiya mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Milli təhlükəsizlik naziri müşavirə iştirakçısı olan ölkələrin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. E.Mahmudov həmçinin müşavirənin X iclası çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.
Müşavirənin X iclasının yekunları üzrə qəbul olunmuş memorandumda kəşfiyyat xidmətlərinin rəhbərləri “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərlə, habelə regional sabitlik və əmin-amanlıq əleyhinə yönəlmiş təhlükələrlə mübarizə sahəsində tərəfdaşlıq münasibətlərinin və qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını, siyasi, iqtisadi, enerji və informasiya təhlükəsizliyinin təmin olunması, həmçinin maraq doğuran digər məsələlərin həlli üçün səylərin artırılacağını bəyan ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24

