İlham: Bir Prezidentin portreti
24.09.2013 [09:33]
Böyük Britaniyanın nüfuzlu “Diplomat” jurnalı Azərbaycan Prezidenti haqqında məqalə dərc edib
Böyük Britaniyanın “Diplomat” jurnalı Azərbaycan Prezidenti İlham Əliyev haqqında “İlham: Bir Prezidentin portreti” adlı məqalə dərc edib. “SİA”-nın verdiyi məlumata görə, dövlət xadiminin ingilis dilindəki ilk tərcümeyi-halına nəzər salan Venetia van Kuffeler Azərbaycan Prezidenti İlham Əliyev haqqında alim, neft strategiyasını həyata keçirən şəxs kimi və Onun hakimiyyətə yüksəlişi barədə tədqiqat aparıb.
Qrem Hovard Uilson Azərbaycan Prezidenti İlham Əliyevin atası, SSRİ dövründə Azərbaycanı idarə edən, Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olan Heydər Əliyev barədə bioqrafiya yazdığından bu işə olduqca savadlı tərzdə yanaşıb. Müəllif bu məzmunda İlham Əliyevin prezidentliyə yüksəlişini də işıqlandırmağa çalışıb.
Q.H.Uilson Sovet İttifaqı kimi ağır bir rejimdə Heydər Əliyevin hakimiyyətdə sürətli yüksəlişini və bunun ardınca enişini təsvir edib: “Sovet İttifaqı dağılarkən Qərbdə maarifçi-islahatçı kimi tanınan Mixail Qorbaçov müstəqillik uğrunda keçirilən nümayişləri boğmaq üçün Sovet ordusuna və tanklarına Bakıya hücum etmək əmri verdi. Bu hadisələr 1990-cı ilin yanvarında yüzlərlə mülki vətəndaşın öldürüldüyü 20 Yanvar faciəsi ilə nəticələndi. Bundan əvvəl vəzifəsindən uzaqlaşdırılmış Heydər Əliyev baş verən zorakılığa qarşı səsini yüksəltdi və ana yurdu Naxçıvana qayıtdı. O, 1993-cü ilədək - Azərbaycanın Ermənistan ordusu tərəfindən hərbi təcavüzə məruz qaldıqdan sonra parçalanmaq təhlükəsi yarananadək orada qaldı”.
Məqalədə daha sonra deyilir: “Atası Sovet İttifaqındakı vəzifəsindən istefa verdikdən sonra İlham Əliyev müəllim olaraq fəaliyyət göstərdiyi və elmlər doktorluğu dərəcəsini müdafiə etməyə hazırlaşdığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu tərk etməyə məcbur oldu”.
Jurnalda Ulu öndərin neft strategiyası və Onun həyata keçirilməsində tarixi şərait barədə söhbət açılır: “Ölkəni sabitliyə qovuşduran və Ermənistanla atəşkəs əldə edən Heydər Əliyevin məqsədi Azərbaycan iqtisadiyyatını yenidən qurmaq idi. Bu isə bir vaxtlar ölkənin əsas sənaye sahəsi sayılan neft sənayesinin dirçəldilməsi demək idi. Danışıqlar prosesi dayananda ölkənin zəngin enerji ehtiyatlarının istismarı üçün xarici dövlətlərin sərmayədarlarını Azərbaycana cəlb etmək məqsədilə İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti təyin edildi. Aylar sürən, hətta bir neçə dəfə dayandırılmaq təhlükəsi yaşayan danışıqlar prosesindən sonra 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan Beynəlxalq Əməliyyat Konsorsiumu bp tərəfindən idarə olunmağa başladı. Həmin dövrdə yenicə hakimiyyətdən gedən Böyük Britaniyanın Baş naziri Marqaret Tetçer razılığın əldə olunmasında mühüm rol oynamışdır və bununla da Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı sıx əməkdaşlığın əsası qoyulmuşdur”.
Məqalədə Prezident seçildikdən sonrakı 10 il ərzində İlham Əliyevin ölkədə böyük dəyişikliklər etməsindən söhbət açılır: “Neft-qaz istehsalı ilə bağlı müqavilələrin və boru kəmərlərinin çəkilməsi ilə əlaqədar imzalanmış sənədlərin nəticəsi olaraq 10 il ərzində ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə düşmüşdür. Bundan başqa, digər sənaye sahələrinin inkişafına təkan verilmiş və sənayenin şaxələndirilməsi məqsədilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu sayəsində əldə olunan gəlirlərin bir qismi təhsil və elm sahələrinə yönəldilmişdir. 2007-ci ildə BMT Dövlət Neft Fondunu “İstehsal sənayesinin şəffaflıq mükafatı” ilə təltif etmişdir”.
Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllinə də diqqət ayırıb: “Bütün bunlara baxmayaraq, hələ də Azərbaycanın problemləri var. Ölkənin Ermənistanla münaqişəsi də getdikcə alovlanır”.
Jurnalda Prezident İlham Əliyevin Dağlıq Qarabağ və yeddi ətraf rayonun Onun hakimiyyəti dövründə geri qaytarılacağı barədə sözlərindən sitat gətirilir: “Xalqa bəxş etdiyi iqtisadi çiçəklənmə ilə yanaşı, bu da Onun siyasi irsi hesab olunacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

