Qazaxıstan Vaşinqton razılaşmasını alqışlayır
09.09.2025 [10:52]
Kasım-Jomart Tokayev ölkədaxili islahatların anonsunu etməklə yanaşı, geosiyasi proseslərdən də geniş bəhs edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 8-də xalqa müraciət edib. O, müraciətində bir çox məsələlərə toxunub. Tokayev bildirib ki, dünya yeni tarixi dövrə qədəm qoyub və bu, təbii ki, bütün bəşəriyyət üçün asan olmayacaq. Onun sözlərinə görə, qlobal güclərlə dövlətlərarası birliklər arasında qarşılıqlı ziddiyyətlər getdikcə artır. Beynəlxalq münasibətlərdə gərginliyin və təcavüzün artması ilə əlaqədar müharibə və münaqişələrin sayı da çoxalır: “Bəzi ölkələrin daxili və xarici siyasətində ifrat millətçilik meyilləri güclənir. Qlobal iqtisadi inkişafda qeyri-mütənasiblik və qeyri-bərabərlik artır: bəzi dövlətlər getdikcə geriləyir, digərləri isə süni intellekt sahəsində görkəmli irəliləyişlərə nail olur”.
Qazaxıstan dövlətinin başçısı qeyd edib ki, beynəlxalq hüququn aşınması getdikcə daha çox nəzərə çarpır, dövrümüzün əsas problemlərinin həllində Birləşmiş Millətlər Təşkilatının rolu və statusu zəifləyir: “Milli iqtisadiyyatlar üçün böyük itkilərlə nəticələnən ekoloji və texnogen fəlakətlər də tez-tez baş verir. Qərbin multikulturalizm, millətlərarası və dinlərarası harmoniya anlayışı böhran yaşayır. Qlobalist destruktiv qüvvələrin təsiri altında milli mədəniyyətlərin və adət-ənənələrin təməlləri sarsılır. Miqrasiya böhranı güclənir, silah və narkotiklərin qaçaqmalçılığı, insan alveri halları artır”. O əlavə edib ki, süni intellekt əsasında fəaliyyət göstərən son dərəcə təhlükəli silahlardan istifadə ilə bağlı vasitələr də daxil olmaqla, insanların təhlükəsizliyinə təhdidlərin tamamilə yeni növləri yaranıb: “Geosiyasi paradiqmada əsaslı dəyişikliyə dəlalət edən başqa amillər də var. Başqa sözlə, yeni dünya nizamı gəlir”.
Tokayev, həmçinin ilin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərinin olacağını, eləcə də Azərbaycan, Ermənistan, Türkmənistan liderlərinin Astanaya səfərlərinə hazırlıq getdiyini diqqətə çatdırıb. O deyib ki, möhkəm sülh və ümumbəşəri tərəqqi naminə kompromislər axtarmaq lazımdır, “pis sülh yaxşı mübahisədən yaxşıdır”: “Buna görə də Qazaxıstan Alyaskada keçirilən Rusiya-Amerika sammitinin nəticələrini, həmçinin Prezident Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayıb”.
Trans-Xəzər nəqliyyat marşrutu inkişaf etdirilməlidir
Tokayev, nəqliyyat və logistika sektorunun daha da inkişaf etdirmək zərurətini də vurğulayaraq deyib ki, Qazaxıstan Avropa ilə Asiya arasında ən mühüm bağdır. Belə ki, ötən il ölkə ərazisi vasitəsilə yükdaşımaların həcmi 1 milyard tonu ötüb. Onun sözlərinə görə, ölkənin tranzit potensialının genişləndirilməsi üçün əhəmiyyətli ehtiyatlar da var. “Şimal-Cənub dəhlizi Fars körfəzi və Cənubi Asiya bazarlarına birbaşa çıxış açır. Şərq-Qərb dəhlizi və Çinin “Bir kəmər, bir yol” qlobal təşəbbüsü Qazaxıstanın Avrasiyanın əsas quru körpüsü kimi rolunu gücləndirir”, -deyən dövlət başçısı əlavə edib ki, Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün də böyük əhəmiyyətə malikdir. Qazaxıstanın dövlət başçısı qeyd edib: “Bütün bu marşrutlar vahid sistem kimi işləməli, ölkəmizə maddi gəlir və infrastruktura yeni investisiyalar gətirməli, keyfiyyətli iş yerləri yaratmalıdır. Rəqəmsal həllər geniş şəkildə tətbiq edilməlidir, onlar olmadan heç bir səmərəlilik əldə edilə bilməz. İlk növbədə, regional nəqliyyat əlaqəsi məsələlərini həll etmək lazımdır. Böyük tranzit ərazisi kimi Qazaxıstan üçün bu istiqamət xüsusi əhəmiyyət daşıyır”.
Tokayev Qazaxıstanda süni intellekt nazirliyinin də yaradılacağını və bu quruma Baş nazirin müavini səviyyəsində mütəxəssisin rəhbərlik etməli olduğunu deyib. Onun sözlərinə görə, iqtisadiyyatın bütün sahələrini modernləşdirmək üçün hökumət süni intellektin kütləvi tətbiqini həyata keçirməlidir: “Genişmiqyaslı rəqəmsallaşmaya və süni intellekt texnologiyalarının fəal tətbiqinə əsaslanaraq, biz iqtisadiyyatı modernləşdirməliyik. İlk addım olaraq, Rəqəmsal Məcəllənin qəbulunu sürətləndirməliyik”.
Bundan başqa, Qazaxıstan Prezidenti ölkədə birpalatalı parlament yaradılmasını təklif edib. Dövlət başçısının sözlərinə görə, bu, çox ciddi məsələdir və onun həllində tələskənlik tamamilə yersizdir. Bu islahat vətəndaş cəmiyyətində və hazırkı parlamentdə hərtərəfli müzakirə obyekti olmalıdır. “Hesab edirəm ki, islahatların fövqəladə xarakterini nəzərə alaraq, müzakirələr ən azı bir il çəkəcək, ondan sonra, 2027-ci ildə ümumxalq səsverməsi keçirilə, daha sonra isə Konstitusiyaya lazımi dəyişikliklər edilə bilər. Mən dəfələrlə demişəm ki, dövlət üçün mühüm əhəmiyyət kəsb edən bütün məsələlər yalnız xalqın razılığı ilə həll olunacaq. Əgər hamımız birpalatalı parlamentin yaradılması ilə bağlı qərara gəlsək, onda zənnimcə, belə bir parlamenti yalnız partiya siyahıları əsasında seçmək lazımdır,-deyə Tokayev vurğulayıb.
Tokayev Xəzər dənizinin problemindən danışıb
Bundan əlavə, Tokayev Xəzər dənizinin problemlərindən də bəhs edərək deyib ki, Qazaxıstan Aral dənizi faciəsindən ciddi dərslər çıxarıb və 20 ildən artıqdır ki, onun bərpası üzərində sistemli şəkildə işləyir. Bunun sayəsində Şimali Aralı qorumaq mümkün olub. O vurğulayıb: “Su anbarının sahəsi 36 fiaz, suyun həcmi isə demək olar ki, iki dəfə artıb ki, bunun da nəticəsində minerallaşma göstəricisi iki dəfə azalıb. Lakin Aral dənizində suyun səviyyəsinin artırılması istiqamətində işlər fəal şəkildə davam etdirilməlidir”.
Prezidentin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi vətəndaşları narahat edir: “Müvafiq tədbirlər görülməzsə, vəziyyət daha da ağırlaşa, irimiqyaslı ekoloji fəlakətə gətirib çıxara bilər”. Hökumət Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə dövlətlərarası proqramın işlənib hazırlanmasına başlamalı, onu tərəfdaşlarla razılaşdırmalıdır. Ümumiyyətlə, bizim uşaqlarımızın və nəvələrimizin taleyi bilavasitə bu gün su sahəsinin problemlərini necə müdrikliklə həll etməyimizdən asılıdır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17

