İslamabad Bəyannaməsində nələr var?
15.10.2025 [10:53]
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin üçüncü üçtərəfli görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.
Üçtərəfli görüşün yekun iclasında çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tədbirin üç qardaş ölkə arasında bir sıra aktual məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rolunu qeyd edib.
İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova üçtərəfli görüşdə regionda və ümumən beynəlxalq aləmdə baş verən proseslərin və ölkələrimiz arasındakı əlaqələrin nəzərdən keçirildiyini, ortaq maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıldığını söyləyib. Ölkələrimiz arasındakı əlaqələrin - istər Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan, istərsə də Türkiyə-Pakistan əlaqələrinin, o cümlədən qarşılıqlı dəstək, birlik və həmrəyliyin ən yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin sözlərinə görə, bu əlaqələr dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edir və günbəgün daha da möhkəmlənir və dərinləşir. Bu əlaqələrdə diqqət çəkən əsas məqam odur ki, ölkələrimiz arasındakı bütün məsələlər məhz dostluq və qardaşlıq prizmasından nəzərdən keçirilir.
S.Qafarova cari ilin may ayında Laçında keçirilmiş Üçtərəfli Zirvə Görüşündə ölkə liderlərinin - İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Məhəmməd Şahbaz Şərifin qətiyyəti sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, belə yaxın əlaqələri olan başqa üç ölkəyə çox az rast gələrik. Azərbaycan, Pakistan və Türkiyə arasındakı bu üçtərəfli əlaqələr həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır.
Spiker qardaş ölkələrimiz arasındakı əlaqələrə uyğun olaraq, parlamentlərimizin də üçtərəfli əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri, bu mexanizmi daha da gücləndirmək, parlament diplomatiyasının effektiv alətlərindən birinə çevirmək yolları haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Parlament üzvləri arasında müzakirə olunan mövzulara toxunan Milli Məclisin sədri, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi, xarici təhdidlərə qarşı həmrəylik məsələsini ölkələrimiz arasında qardaşlığın və qarşılıqlı dəstəyin ən yaxşı şəkildə nümayiş etdirən bir məsələ olduğunu qeyd edib və bu istiqamətdə müzakirələri faydalı hesab edib. Spiker həmçinin, iqlim dəyişiklikləri və dayanıqlılıq mövzusunun əhəmiyyətini qeyd edərək, ölkəmizin bu sahədə gördüyü işlər, o cümlədən, Azərbaycanın qardaş Türkiyədə baş vermiş zəlzələ, Pakistandakı daşqınlar zamanı öz qardaşlıq dəstəyini göstərdiyini vurğulayıb. O, digər tərəfdən, COP29 çərçivəsində Azərbaycanın qazandığı nailiyyətləri xüsusi qeyd edib. Parlament üzvlərimizin bu məsələlər haqqında müzakirələrini faydalı hesab edərək, gələcək əməkdaşlıq çərçivəsində iqlim dəyişiklikləri və təbii fəlakətlərə qarşı mübarizə məsələsinin daha çox əhatə olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan parlamentinin spikeri, həmçinin üçüncü üçtərəfli görüşün yekunu olaraq, qəbul olunan İslamabad Bəyannaməsinin ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib. Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir.
Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki, parlamentlərimiz arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin üçüncü üçtərəfli görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki, görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

