Vüqar Rəhimzadə: ATƏT-in verdiyi açıqlamalar qərəzlidir
12.10.2013 [10:47]
“Azərbaycanda görülən işlərə qara yaxmaq, şər, böhtan atmaq yolverilməzdir”
“ATƏT daimi olaraq qərəzlilik xəstəliyinə düçar olmuş təşkilat kimi hazırladığı hesabatda öz mövqeyini ortaya qoydu”. Bu fikri SİA-ya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/ DTİHB) Azərbaycandakı prezident seçkisi ilə bağlı hesabatına münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, ATƏT burada Azərbaycan xalqının iradəsindən irəli gələn məsələləri deyil, yalnız öz ampluasında olan hərdəmxəyal düşüncələrini ortaya qoydu: “Mən bir seçici, vətəndaş kimi hesab edirəm ki, ATƏT anti-Azərbaycan, ermənipərəst qüvvələrin əlində bir alət kimi ölkəmizə qarşı daima qərəzli mövqedən çıxış edib. Əgər biz tarixə nəzər salsaq görərik ki, ümumiyyətlə ATƏT-in fəaliyyəti Azərbaycana qarşı ikili standartlardan, qərəzdən başqa bir şey olmayıb. Onların verdikləri açıqlamaların heç biri reallığı əks etdirmir. Bu hesabatlar əvvəlcədən hazırlanmış radikal, dağıdıcı insanların, eləcə də müxalifət qəzetlərindən götürülən yazıların ATƏT-in öz xarakterlərinə, xüsusiyyətlərinə uyğunlaşdırılmış formada təqdimatıdır. Bunlar sadəcə olaraq özlərinin ədalətsiz mövqelərini ortaya qoydular. Bu, Azərbaycan seçicisinə qarşı hörmətsizlikdir. Hesab edirəm ki, ölkəmizdə seçkilər tam demokratik, şəffaf və ədalətli şəkildə keçirildi. Bunu tək mən deyil, yüzlərlə müşahidəçi beynəlxalq təşkilatların nümayəndələri də təsdiq edir”.
Vüqar Rəhimzadə deyib ki, Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkiləri çox şəffaf, ədalətli və demokratik şəraitdə keçib: “Hesab edirəm ki, hər bir seçici bu seçkilərdə öz fikrini azad, sərbəst şəkildə ifadə etdi və birmənalı şəkildə cənab İlham Əliyevə səs verməklə, Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, eləcə də ölkəmizin dünya birliyində daha da layiqli yer tutmasına, övladlarımızın, vətəndaşlarımızın firəvan yaşamasına səs vermiş oldular. Bir sözlə, bu, Azərbaycanın qələbəsi idi”.
Oktyabrın 12-də Demokratik Qüvvələrin “Milli şura”sının keçirəcəyi növbəti mitinqə də münasibət bildirən Vüqar Rəhimzadə deyib ki, bura toplaşanlar radikal, qərəzli, anti-Azərbaycan düşüncəsi ilə formalaşmış insanlardır: “Onların indiyədək keçirdikləri mitinqlərdə insanlar barmaqla sayılırdı. Hesab edirəm ki, Cəmil Həsənli öz fəaliyyətinə uyğun olaraq, insanların səsini toplayıb. Azərbaycanda görülən işlərə qara yaxmaq, şər, böhtan atmaq yolverilməzdir. Təbii ki, seçkilər ölkəmizdə bir hesabatdır. Düşünürəm ki, onların sabah (bu gün - red.) keçirəcəkləri mitinq də həmişə olduğu kimi, birmənalı olaraq fiaskoya uğrayacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33

