/ / Yekaterinburqda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi sərgi ekspozisiyası açılıb
Yekaterinburqda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi sərgi ekspozisiyası açılıb
18.10.2013 [09:23]
Oktyabrın 16-da Yekaterinburq rəhbərinin kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi keçirilib.
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğundan AzərTAc-a bildiriblər ki, bu, Yekaterinburq rəhbəri kitabxanasının Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğunun və Yekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə həyata keçirilən yeni layihəsidir.
Ekspozisiyada respublikanın həyatının müxtəlif sahələrini əks etdirən ədəbi nəşrlər, videomateriallar və CD-disklər, Ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablar və s. nümayiş olunub. Ekspozisiyanın kitabxanaya gələnlərə Azərbaycan Respublikası ilə tanışlıq imkanı yaradan fondu gələcəkdə müntəzəm şəkildə təkmilləşəcək.
Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimi açaraq qeyd edib ki, yeni ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında dostluq münasibətlərinin genişlənməsinin növbəti mərhələsi olub. O, respublikamız və vilayət arasında iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafından danışıb.
Diplomat xüsusilə vurğulayıb ki, bu il respublikamızın ictimai-siyasi həyatında əsas hadisə prezident seçkiləri olub. S.Qasımovun sözlərinə görə, seçkilərdə İlham Əliyevin inamlı qələbəsi ölkənin Prezidentinə xalqın yüksək etimadının növbəti təsdiqidir.
Son 10 ildə Azərbaycanın inkişaf tempindən danışan S.Qasımov bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz rolunu vurğulayıb. Baş konsul deyib: “Bu gün Azərbaycan dünya arenasında, o cümlədən Cənubi Qafqaz regionunda layiqli yer tutmuşdur. Ölkənin regionları fəal inkişaf edir. Azərbaycanın əldə etdiyi bütün siyasi, iqtisadi və humanitar nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü müdrik və çevik daxili və xarici siyasətin nəticəsidir”.
Baş konsul Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və bu qurumun humanitar sahədə həyata keçirdiyi geniş əhatəli layihələrdən söz açıb. O həm də Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyinin RF ərazilərində layihələrin reallaşdırılmasına töhfəsini qeyd edib. S.Qasımov deyib: “Yekaterinburqlular iki il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəhərimizə gəlişini və 1 nömrəli vilayət kliniki xəstəxanasının uşaq onkohematoloji mərkəzinə baş çəkməsini, Fond tərəfindən mərkəzə müasir xüsusi tibbi avadanlıqla təchiz olunmuş “Sobol” təcili yardım maşınının hədiyyə edilməsini xüsusi minnətdarlıq hissi ilə xatırlayırlar. Bugünkü ekspozisiyanın açılışı Fondun Sverdlovsk vilayətindəki fəaliyyətinin parlaq nümunəsidir”.
Açılış mərasimində RF Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin müavini Vadim Dubiçev, Yekaterinburq Şəhəri Administrasiya rəhbərinin müavini Segey Tuşin, Sverdlovsk vilayətinin beynəlxalq və xarici ticarət əlaqələri naziri Andrey Sobolev, UNESCO-nun Ural-Sibir Mərkəzinin baş direktoru Yuri Borisixin, Fransanın, Ukraynanın və Macarıstanın Yekaterinburqdakı baş konsulları çıxış ediblər.
Açılış mərasiminin sonunda furşet və konsert olub. Tədbirin bütün iştirakçılarına milli suvenirlər təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47

