Daşkəsən rayonunda da 2013-cü ilin doqquz ayında bir çox nailiyyətlər əldə olunub
22.10.2013 [09:57]
Dünən Daşkəsəndə 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan ümumrayon toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə oktyabrın 6-da Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Daha sonra o qeyd edib ki, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2013-cü ilin doqquz ayında bir çox nailiyyətlər əldə olunub: “Rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 34,4 faiz artıb. 2013-cü ilin doqquz ayında tikinti 21 milyon 810 min manat (əvvəlki ilə nisbətən 3,5 dəfə çox), kənd təsərrüfatı məhsulları 20 milyon 355 min manat (3,4% çox), nəqliyyat üzrə 1milyon 912 min manat (1,2% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 10 milyon 295 min manat (3,7% çox), rabitə xidmətləri üzrə 145 min manat (13,4% çox) olub. Hesabat dövründə rayonda əhalinin sayı 245 nəfər artaraq 33 min 623 nəfər olub. Həmin dövrdə rayonda 209 iş yeri yaradılıb. 2013-cü ilin doqquz ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilir”.
Son vaxtlar rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Əhəd Abıyev deyib ki, Azərbaycan xalqının 9 oktyabrda keçirilən seçkilərdə növbəti dəfə cənab İlham Əliyevə səs verməsi son 10 ildə dövlət başçısının uğurlu siyasətinə, ölkədə inkişaf və tərəqqiyə verilən qiymətin bariz təzahürüdür.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, oktyabrın 9-da keçirilən Prezident seçkiləri bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib və iqtidarın demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət, hüquqi demokratik dövlətin əsaslarını möhkəmləndirilməsi kursunun dəyişməzliyinə sədaqətini əyani şəkildə nümayiş etdirib.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışının sonunda qarşıda çox məsul və şərəfli vəzifələrin durduğunu vurğulayıb.
Daha sonra tədbirdə RIHB-nın müavini Cavanşir Qocayev, rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev, RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev, Daşkəsən şəhər 5 saylı uşaq bağçasının müdiri Mehriban Rüstəmova məruzə ətrafında çıxış ediblər, 9 ayda rayonda görülən işlərdən minnətdarlıqla danışıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47

