/ / BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə Yaxın Şərq mövzusunda açıq müzakirələr keçirilib
BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə Yaxın Şərq mövzusunda açıq müzakirələr keçirilib
25.10.2013 [11:45]
Oktyabrın 22-də BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərq mövzusunda açıq müzakirələr keçirilib.
İclasda BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Yaxın Şərq sülh prosesində baş verən yeniliklər barədə məlumat verib, Fələstin, İsrail və Təhlükəsizlik Şurasının 15 üzvü də daxil olmaqla 60-a yaxın dövlətin nümayəndəsi çıxış edib.
Müzakirələr zamanı İsrail-Fələstin danışıqlarının davam etməsinin və tərəflərin danışıqların aparılmasına sadiq qalmalarının vacibliyi vurğulanıb, işğal olunmuş Fələstin ərazilərindəki məskunlaşma siyasətinin beynəlxalq hüquqa zidd olması, Suriyada davam edən münaqişənin bütün region üçün təhdid törətdiyi və problemin dialoq yolu ilə siyasi həllinə nail olunmasında ikinci Cenevrə görüşünün keçirilməsinin önəmi qeyd edilib.
İclasa sədrlik edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev çıxış edərək bildirib ki, Yaxın Şərq sülh prosesində real nəticələrin əldə edilməsi üçün tərəflər danışıqlar prosesinə sadiq qalmalıdırlar. Uğur əldə olunması üçün bu proses BMT Nizamnaməsində əksini tapmış müvafiq normativ standartlara və beynəlxalq hüquqa uyğun şəkildə aparılmalıdır.
İşğal edilmiş Fələstin ərazilərində məskunlaşma siyasətinin davam etməsindən narahatlıq ifadə olunub və bildirilib ki, bu təcrübə beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. İşğal altında olan Fələstin ərazilərindəki iqtisadi, maliyyə və humanitar durumun yaxşılaşdırılması üçün beynəlxalq ictimaiyyətin davamlı dəstəyinə ehtiyacın olduğuna da diqqət cəlb edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53

