/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu və Abşeron rayonlarında fəaliyyət göstərən internat evlərində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu və Abşeron rayonlarında fəaliyyət göstərən internat evlərində olub
30.10.2013 [09:46]
Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonunda fəaliyyət göstərən 11 nömrəli xüsusi internat məktəbində olub.
Leyla Əliyevaya məlumat verilib ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan məktəbdə 799 şagird təhsil alır ki, onlardan da 127-si sağlamlıq imkanları məhdud olanlardır. Bundan başqa, məktəbdə aztəminatlı ailələrdən 597 uşaq təhsil alır. Xüsusi internat məktəbində təhsil alan şagirdlərdən 108-i burada qalır. Məktəbdə 88 müəllim və tərbiyəçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Burada şagirdlər dərnəklərdə iştirak edir və idmanın müxtəlif növləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin şagirdləri dünyanın müxtəlif yerlərində təşkil edilən idman və bilik müsabiqələrində nailiyyətlər qazanıblar.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonu Saray qəsəbəsində yerləşən xüsusi təyinatlı 7 nömrəli internat evinə gəlib.
Diqqətə çatdırılıb ki, burada 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılıb. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. İnternat evi kompleksinə ikimərtəbəli inzibati bina, dördmərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, camaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunub, uşaqların normal yaşamaları üçün hər cür şərait yaradılıb. Buraya əqli və fiziki cəhətdən qüsuru olan 4 yaşdan 18 yaşadək oğlan və qızlar qəbul olunur. Hazırda bu internat evində 138 uşaq var. Hər bir qrup üçün ayrıca yataq və oyun otaqları yaradılıb. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğələlər aparılır. İnternat evinin həyətində kiçik çörək sexi də açılıb ki, bu da uşaqların keyfiyyətli çörək və digər un məmulatları ilə təminatına imkan verir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

