Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko Binəqədi rayon İcra Hakimiyyətində olub
31.10.2013 [09:40]
Məlum olduğu kimi, oktyabrın 27-də Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (SMEF) təşkilatçılığı və Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatının Binəqədi rayonunda açılış mərasimi keçirilib.
Oktyabrın 29-da isə çempionatda iştirak edərək qalib gələn komandanın rəhbəri, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko və SMEF-nin prezidenti Mirəli Kazımov Binəqədi rayon İcra Hakimiyyətində olub, İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla görüşüblər. Görüş zamanı səfir Aleksandr Mişenko və SMEF-nin prezidenti Mirəli Kazımov çempionatın təşkilində göstərilən dəstəyə görə İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.
Görüşdə, həmçinin, bu idman növünün yeni yaranmasına baxmayaraq, qısa zamanda respublikamızda geniş əhali kütləsi, xüsusilə yeniyetmə və gənclər arasında yayılmağa başladığı qeyd edilib. Bildirilib ki, Binəqədi rayonunda keçirilən açıq respublika çempionatında uşaq və yeniyetmələr arasından müxtəlif yaş qruplarından olan orta məktəb şagirdləri iştirak ediblər.
Səfir Aleksandr Mişenko özünün də bu idman növünə olan marağından danışaraq federasiya ilə mütəmadi əlaqədə olduğunu, tədbirlərdə aktiv iştirak etdiyini, həmçinin, bu idmanın yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, çətin anlarda dərhal və məntiqə əsaslanan qərarlar qəbul etmək vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Görüş zamanı Binəqədi rayonunda da bu idman növünün təbliği və inkişaf etdirilməsi istiqamətləri mövzusunda fikir mübadiləsi aparılıb. Qonaqlar, həmçinin, Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında elektron hökumətə keçidlə əlaqədar yaradılmış texniki imkanlar və iş şəraiti ilə də tanış olublar.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

