Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

26.01.2026 [18:10]

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi:

Elektron Rəqabət İnformasiya Sisteminin (bundan sonra – ERİS) aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli;

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ERİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməli.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30