Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pentaqon suborbital hipersəs aparatının məxfi sınağını həyata keçirib

Pentaqon suborbital hipersəs aparatının məxfi sınağını həyata keçirib

22.04.2026 [20:58]

“Rocket Lab” şirkətinin çərşənbə günü kosmosa buraxdığı “Electron” raketi ABŞ Müdafiə Nazirliyinin hipersəs texnologiyaları sınaqdan keçirəcək aparatını suborbital hündürlüyə çıxarıb.

AZƏRTAC xəbər verir ki, “Space Launch Now” saytının məlumatına görə, məxfi uçuşunun təfərrüatları və nəticələri açıqlanmır.

Sınaq nazirliyin Raketdən Müdafiə Agentliyinin “Hypersonic Accelerator Suborbital Test Electron” (HASTE) proqramının bir hissəsi olaraq həyata keçirilib.

Raket NASA-nın Virciniya ştatının Atlantik okeanı sahilindəki Uollops adasında yerləşən eyniadlı kosmodromdan fəzaya qalxıb.

Bu, HASTE proqramı çərçivəsində hipersəs texnologiyalarının yeddinci sınağıdır. Birinci sınaq 2023-cü ilin iyun ayında həyata keçirilib.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30