Milli Məclisdə büdcə müzakirələri davam edir
14.11.2013 [09:45]
Millət vəkilləri 2014-cü ilin dövlət büdcəsini yüksək qiymətləndirirlər
Milli Məclisin dünən keçirilən iclasında 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib. Çıxış edən millət vəkili Elton Məmmədov büdcə layihəsinin mükəmməl hazırlandığını bildirib. E.Məmmədov qeyd edib ki, bu sənəd Azərbaycanın sürətli inkişafını özündə ehtiva edir.
Millət vəkili Vahid Əhmədov da sənədi yüksək qiymətləndirib.
Millət vəkili Xanhüseyn Kazımlı çıxışında bildirib ki, Azərbaycan əhalisinin rifahı ilbəil yüksəlir. Onun sozlərinə görə, dövlət büdcəsi də ölkəmizin uğurlarını özündə əks etdirir: “Nəzərə alaq ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Biz belə bir şəraitdə bu uğurlara nail oluruq. Hədəfimiz isə Vətənimizin bütövlüyünü təmin etməkdir”.
“Son illərdə baş vermiş qlobal maliyyə-iqtisadi böhran dünya iqtisadiyyatının xeyli geriləməsinə səbəb olmuşdur. Lakin respublikamızda Ümummilli lider Heydər Əliyevin başladığı və böyük səs çoxluğu ilə üçüncü dəfə Prezident seçilən İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində dinamik inkişaf təmin edilmişdir. Bunu müzakirə etdiyimiz 2014-cü il büdcə layihəsinin göstəriciləri də bir daha sübut edir. Büdcə layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, ölkəmizdə iqtisadi inkişaf strategiyasının bünövrəsi möhkəm qoyulub və düzgün istiqamətdə aparılır. Keçən dövr ərzində əldə edilən nailiyyətlər bunu əyani surətdə nümayiş etdirir”. Bu fikirləri isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, aqrar sahəyə özəl sektor sərmayə qoymaqda çox da maraqlı olmadığından əsas yük dövlət büdcəsinin üzərinə düşür və bu da müəyyən çətinlik yaradır. Onun sözlərinə görə, bu problemin həllində dövlət büdcəsi, büdcədən kənar və özəl vəsaitlər hesabına mərkəzləşdirilmiş xüsusi investisiya fondunun yaradılması məqsədə uyğun olardı. Bu fondun vəsaitləri hesabına aqrar istehsal sahələrinə daha çox investisiya ayırmaq və yüksək səmərə əldə etmək olar.
“Bununla yanaşı, müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikasının 2014-cü il və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” barədə zərfin ikinci cildində qeyd olunur ki, fermerlər arasında könüllülük əsasında birgə təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü, emalı və s. ilə məşğul olan kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrar siyasətinin əsas prioritetlərindəndir. Hesab edirik ki, aqrar sektorun inkişafı siyasətinin bu istiqamətləri hörmətli Prezidentimizin iri təsərrüfatlar yaradılması haqqında verdiyi tapşırığa tam uyğundur və onların uğurla həyata keçirilməsi üçün “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunların qəbul edilməsinə böyük ehtiyac vardır” - deyə, komitə sədri vurğulayıb.
Millət vəkili Abel Məhərrəmov da çıxışında son illər Azərbaycanın böyük nailiyyətlər qazandığını, beynəlxalq müstəvidə nüfuzunun yüksəldiyini qeyd edib. Dövlət büdcəsi layihəsini yüksək qiymətləndirən A.Məhərrəmov gələn il üçün təhsil və elm sahəsi üçün xərclərin artırılmasını təqdir edib. Bununla belə, millət vəkili ali təhsil müəssisələrinin yataqxana probleminin həllinin vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva isə Qarabağ müharibəsi əlillərinin mənzil və tələbə yataqxanaları problemini sürətlə həll etmək üçün gələn ilin dövlət büdcəsində vəsaitin artırılmasını təklif edib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə təklif edib ki, Azərbaycana gətirilən kənd təsərrüfatı məhsullarının gömrük idxal rüsumları artırılmalıdır. M.Quliyevin sözlərinə görə, Azərbaycan aqrar ölkədir və daxili bazarı analoji idxaldan qorumalıdır: “Ölkəmizdə kənd təsərrüfatı məhsullarının əkini və sonradan digər ölkələrə ixracı üçün olduqca münbit şərait və mühit var. Amma biz kartofu və digər kənd təsərrüfatlı məhsullarını ölkəmizə xaricdən gətiririk. Bu da bu sahədə çalışan insanların bu sektora marağını azaldır”.
Millət vəkili qeyd edib ki, ölkəyə kənd təsərrüfatı məhsullarının idxalı azalsa, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi artar. M.Quliyevin fikrincə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün kəndliyə verilən subsidiyaların artırılması da vacibdir.
Millət vəkili Elmira Axundova isə Milli Məclisin və ya Nazirlər Kabinetinin tərkibində qanunların icrası ilə bağlı bir qurumun yaradılmasını təklif edib. Parlamentin spikeri Oqtay Əsədov isə belə bir qurumun yaradılmasını vacib saymadığını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda qanunverici orqan olan Milli Məclis, qanunları icra edən Nazirlər Kabineti var və hər hansı əlavə qurumun və ya komissiyanın yaradılmasına ehtiyac yoxdur: “Sadəcə, qanunların işləməsi üçün hər kəs öz işi ilə məşğul olmalıdır”.
İclasda, həmçinin, digər millət vəkilləri də çıxış edərək büdcə layihəsinə münasibət bildiriblər. Qeyd edək ki, 2014-cü ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi bu gün də davam etdiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35

