/ / Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib
Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib
04.02.2026 [13:47]
Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a İcmadan məlumat verilib.
Bildirilib ki, iclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli 2025-ci il dekabrın 20-də keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib. O bildirib ki, qəbul edilən qərarlar İcmanın fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsinə və qarşıdakı mərhələdə işlərin daha sistemli qurulmasına xidmət edir.
İclasda İdarə Heyətinin və Şuraların tərkibində aparılan dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, bir şəxsin, eyni zamanda, iki idarəedici qurumda təmsil olunmaması prinsipi əsas götürülərək müəyyən yenilənmələr aparılıb və nəticədə İdarə Heyətinin tərkibində ümumilikdə 8 dəyişiklik edilib.
İdarə Heyətinin yeni üzvləri - Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dosent Asiman Həsənov, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri Faiq Xudayev, Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov, Prezident Kitabxanasının müdiri, professor Afət Abbasova, Qərbi Azərbaycanın Barana rayon icmasının sədri Osman Hacıyev iclas iştirakçılarına təqdim olunub.
Daha sonra Qərbi Azərbaycan İcması Şuralarının tərkibi təsdiqlənib. Bildirilib ki, Ziyalılar Şurasında 144, Ağsaqqallar Şurasında 97, Qadınlar Şurasında 126, Gənclər Şurasında isə 141 nəfər üzv təmsil olunur. Şuraların formalaşdırılmasında regional balans və təmsilçilik əsas meyar kimi götürülüb.
Gündəliyin növbəti məsələsi kimi Qərbi Azərbaycan İcmasının 2026-cı il üçün Tədbirlər Planı müzakirəyə çıxarılıb. Qeyd olunub ki, plan ilkin variantdır və İdarə Heyətinin üzvlərinin təklifləri nəzərə alınmaqla təkmilləşdiriləcək. Plan çərçivəsində rayon icmaları ilə işin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, elmi-tədqiqat və nəşr fəaliyyətinin artırılması, arxiv materiallarının toplanması və beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətlərinin təbliği əsas prioritetlər kimi müəyyənləşdirilib.
İclasda çıxış edən İcmanın Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov rayon icmalarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, rayon icmalarında mütəmadi görüşlərin keçirilməsini təklif edib.
Tədqiqatçı-alim, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli Qərbi Azərbaycanla bağlı tarixi sənədlərin üzə çıxarılması baxımından arxivlərlə işin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev İcmanın 2025-ci il fəaliyyətini yüksək qiymətləndirərək Qərbi Azərbaycan həqiqətləri sırasında Qərbi Azərbaycan kökənli şəxsiyyətlərin öyrənilməsini, təbliğini də vacib amil kimi xüsusi qeyd edib.
Prezident Kitabxanasının direktoru Afət Abbasova yaşlı Qərbi azərbaycanlıların xatirələrinin toplanaraq arxivləşdirilməsini və bu materialların xarici dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsini təklif edib.
İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli çıxışında Təhsil Nazirliyi ilə birgə məktəblərdə keçirilən maarifləndirici tədbirlərdən bəhs edərək, bu işlərin qarşıdakı dövrdə daha da genişləndiriləcəyini bildirib.
Daha sonra iclasda çıxış edən 2025-ci ildə bu sahədə uğurlu layihələrə imza atan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Qərbi Azərbaycanın Keşkənd rayon İcmasının sədri Mahirə Hüseynova maarifləndirmə işinin, xüsusilə rayonlarda yaşayan Qərbi azərbaycanlılarla görüşlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, orta məktəblərdə Qərbi Azərbaycanla bağlı maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.
İclasda Milli Məclisin deputatları İlham Məmmədov, Aydın Mirzəzadə, Elşad Musayev, AMEA Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov, tanınmış ictimai xadim Rauf Zeyni və digərləri çıxış edərək müzakirə olunan məsələlər barədə öz rəy və təkliflərini bildiriblər.
İclasın sonunda gündəlikdə duran bütün məsələlər üzrə qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57

