/ / “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib
“Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib
20.11.2013 [09:11]
Noyabrın 19-da Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə müxtəlif media qurumlarının rəhbərləri, Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov belə görüşlərin artıq ənənəvi xarakter aldığını söyləyib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, tədbirin keçirilməsində məqsəd media ilə icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsidir. O deyib ki, Nizami rayon İcra Hakimiyyəti ilə artıq üçüncü dəfədir ki, belə görüş təşkil olunur. Bu görüşdə ictimai rəyə təsir edən media qurumlarının təmsilçiləri iştirak edirlər.
V.Səfərli Azərbaycan mediasının dinamik inkişaf yolu keçdiyini və bu prosesin indi də davam etdiyini bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın əhəmiyyətindən danışıb, yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu formatda keçirilən tədbirlər jurnalist-məmur münasibətlərinin inkişafına, informasiyanın daha asan əldə olunmasına böyük töhfələr verir. Ə.Amaşov ölkədə medianın inkişafı, onun maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb, KİVDF-nin yaradılmasını buna nümunə kimi göstərib. Diqqətə çatdırılıb ki, yerli icra hakimiyyəti orqanları mətbuatla əməkdaşlıqdan çəkinməməli, onlara ünvanlanan suallara vaxtında cavab verməlidirlər.
Sonra Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov son illər rayonda görülmüş geniş abadlıq, quruculuq işlərindən danışıb.
Tədbirin sonunda jurnalistlər üçün “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda müsabiqə elan edilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

