/ / Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından qaçqın və məcburi köçkünlər daha çox əziyyət çəkirlər
Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından qaçqın və məcburi köçkünlər daha çox əziyyət çəkirlər
05.12.2013 [09:30]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dekabrın 4-də Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb.
Komitədən AzərTAc-a bildiriblər ki, Baş nazirin müavini Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu diqqətə çatdıran Əli Həsənov münasibətlərimizin uğurlu inkişafının bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. O, həmçinin beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərdiyi köməyə görə Almaniya hökumətinə təşəkkürünü çatdırıb.
Görüşdə Ermənistanın hərbi təcavüzünün ağır nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, onların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər və digər məsələlər barədə ətraflı söhbət açılıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, Azərbaycan dövlətinin bu problemin həlli istiqamətində yürütdüyü siyasət, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində məsələnin hələ də həllini tapmaması, ATƏT-in Minsk qrupunun, eləcə də bəzi nüfuzlu beynəlxalq təşkilatların problemin həllinə loyal münasibət bəsləmələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan dövləti hazırda bu təbəqədən olan vətəndaşların bütün problemlərinin həllini öz üzərinə götürüb və bu işin öhdəsindən lazımınca gəlir. Buna baxmayaraq, ölkədə beynəlxalq humanitar və yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin davam etdirilməsinə də zərurət var. Onların fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şəraitin yaradıldığını deyən Əli Həsənov bildirib ki, hazırda ölkəmizdə Almaniya hökumətinin də təmsil olunduğu 30-a yaxın beynəlxalq, eləcə də 70-ə yaxın yerli qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Ətraflı məlumata görə minnətdarlığını bildirən diplomat Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsinin də iştirak etdiyi bu görüşün əsas məqsədinin Avropa ailəsində bu qurumun xətti ilə ölkəsinin Azərbaycandakı qaçqın və məcburi köçkün probleminin həllinə kömək göstərməkdən ibarət olduğunu vurğulayıb. Almaniya ictimaiyyətinin bu barədə az məlumatlı olmasından təəssüfləndiyini vurğulayan xanım Haydrun Tempel qaçqın və məcburi köçkün problemi ilə bağlı yeni layihə həyata keçirməyə hazırlaşdıqlarını və yaxın vaxtlarda buna başlanacağını bildirib.
Səfir, həmçinin Azərbaycanın sürətli inkişafından, ölkəmizdə gördüyü səmimi münasibətdən məmnunluğunu ifadə edib. Diplomat, xüsusilə bu yaxınlarda Göygöl rayonuna səfəri zamanı vaxtilə almanların yaşadığı ərazinin orijinal arxitekturasının qorunub saxlanmasını və Azərbaycan hökuməti tərəfindən alman irsinə xüsusi diqqət göstərildiyini yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

