Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
13.12.2013 [09:40]
Dekabrın 12-də Nərimanov rayon İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları İcra Hakimiyyətinin binasının foyesində Ulu öndərin büstü önünə gül dəstələri qoyublar.
Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib.
Qeyd olunub ki, Ulu öndərin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar Fəxri xiyabana gələrək ölkəmizin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş dünya şöhrətli şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə edirlər.
A.Fərzəliyev deyib ki, Azərbaycanın 30 ildən artıq dövrünü əhatə edən tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə olunmuş möhtəşəm nailiyyətlər məhz Ulu öndərin adı ilə bağlıdır. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu öndər tərəfindən görülən böyük işlərin, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.
Anım mərasimində çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıb. O, deyib ki, Ulu öndərin müdrik, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan bu gün dünyanın və regionun inkişaf etmiş dövlətinə çevrilib.
Qeyd olunub ki, əldə edilmiş bütün uğurlar Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.
Tədbirdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri, professor Mircəfər Həsənov, Təfəkkür Universitetinin professoru Cümşüd Nuriyev Ümummilli liderin dövlətçiliyimizin möhkəmlənməsində və inkişafında əvəzsiz xidmətlərindən danışıb, Heydər Əliyev irsində Vətən sevgisi və azərbaycançılıq hissinin önəmli yer tutduğunu vurğulayıblar.
Anım mərasimi çərçivəsində rayonun bir çox yerlərində ehsan süfrələri təşkil olunub.
Nərimanov rayonu ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə ocaqlarında, digər idarə və təşkilatlarda da Ulu öndər Heydər Əliyevin xatirəsini anım mərasimləri keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

