Mətbuat Şurası KİV materiallarının monitorinqinin nəticələrini açıqlayıb
14.12.2013 [10:25]
Azərbaycan Mətbuat Şurası “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Cavanşir Feyziyevin rəhbərlik etdiyi layihədən məqsəd kütləvi informasiya vasitələrinin bu aktual istiqamətdə mövzularının təqdimatını, jurnalistlərin Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun ölkə ictimaiyyətinə çatdırmalarını, həmçinin, onların beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi proseslərə dolğun baxış bucağını formalaşdırmaq yolu ilə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.
Sentyabr-noyabr aylarını əhatə edən monitorinqə 20 qəzet və 10 internet media resursu cəlb olunub. Monitorinq müəyyənləşdirib ki, ötən müddətdə beynəlxalq münasibətlər mövzusu ilə bağlı ümumilikdə, 10375 material gedib. Aylar üzrə bölgü aparsaq, artımın olduğunu görə bilərik - sentyabr 3254, oktyabr 3487, noyabr 3634. 10375 materialın 5294-ü qəzetlərin (aylar üzrə müvafiq olaraq - 1647, 1793, 1854), 5081-i elektron resursların (aylar üzrə müvafiq olaraq - 1607, 1701, 1773) payına düşür. Monitorinqə cəlb olunmuş internet media resurslarının sayı qəzetlərdən iki dəfə az olub. Buna görə də, onlarda qeydə alınmış 5081 rəqəmi qəzetlərin 5294 rəqəmindən üstün göstərici sayıla bilər.
Qəzetlərdən beynəlxalq mövzudakı materialların daha çox dərci baxımından ilk beşliyi “525-ci qəzet”, “Xalq cəbhəsi”, “İki sahil”, “Ekspress”, “Şərq” tutur. Elektron media resursları üzrə eyni göstərici baxımdan ilk üçlük belədir: AzərTAc, APA, Trend İA.
Qəzetlərdə və internet media resurslarında beynəlxalq təşkilatlarla əməkdaşlığa dair 2576, Dağlıq Qarabağ münaqişəsi müstəvisindəki təmaslarla bağlı 1710, Avropa ilə münasibətlər, Qərbə inteqrasiya mövzusunda 1691, Azərbaycanın Cənubi Qafqaz regionundakı mövqeyi, qonşuluq münasibətləri ilə əlaqədar 1395, ABŞ və Amerika qitəsi ölkələri ilə əlaqələri nəzərdə tutan 1080, Müstəqil Dövlətlər Birliyi məkanı ilə əlaqələri əks etdirən 912 material gedib. Materialların digər qismi Asiya, Afrika, Avstraliya və Okeaniya hövzəsində yerləşən ölkələrlə əməkdaşlığa aiddir.
10375 materialın 6962-si siyasi, 1747-si iqtisadi, 1149-u mədəni, 517-si isə elm sahəsindəki əməkdaşlığa həsr olunub. Janrlara gəldikdə isə, 8579 material xəbər, 968 material müsahibədir. Analitik materialların sayı isə 828-dir.
Xəbər janrında olan materiallar digərlərini aşkar şəkildə üstələyir. Bu isə o deməkdir ki, KİV-lər beynəlxalq mövzudakı analitik məzmunlu materiallara, eləcə də, müsahibələrə çox az yer veriblər. Ümumən janr rəngarəngliyi baxımdan qəzetlər daha üstündürlər. Əgər qəzetlərdə getmiş 5294 materialın 3756-sı xəbər, 847-si analitik məzmunlu, 691-i müsahibədirsə, elektron media resurslarındakı 5081 materialın 4823-ü xəbər, 137-si müsahibədir. Yalnız 121 material analitik məzmunludur.
Ümumən beynəlxalq aləmdə baş verən proseslərə, eləcə də, Azərbaycanın qlobal beynəlxalq arenadakı vəziyyətinə dair müsahibələrə və analitik məzmunlu materiallara az yer verilməsi, daha çox bu mövzudakı xəbər janrına müraciət monitorinqin diqqət çəkdiyi başlıca göstəricidir. Lakin ötən üç ayın nəticələrinə müqayisəli yanaşsaq, müsahibələrdə sentyabr ayı üçün qeydə alınmış 270 rəqəminin oktyabrda 341, noyabrda isə 357-ə, habelə analitik məzmunlu materialların sentyabr ayındakı 174 göstəricisinin oktyabrda 353-ə çatması nikbinlik doğurur. Hərçənd noyabr ayında analitik məzmunlu materialların sayında yenidən geriləmə müşahidə olunub.
Monitorinqdə xüsusi olaraq jurnalistlərin sırf qlobal miqyaslı beynəlxalq siyasi proseslərə baxış bucağını əks etdirən materiallara da diqqət yetirilib. Bununla bağlı materiallar qruplaşdırılıb.
Qeyd edək ki, Mətbuat Şurası mövcud layihə çərçivəsində dekabrın sonlarında “Beynəlxalq münasibətlər mövzusu kütləvi informasiya vasitələrində” adlı konfrans keçirəcək. Eyni zamanda, gələn il layihə çərçivəsində jurnalistlər arasında yazı müsabiqəsinin təşkili də nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32

